GƏNCƏ DARVAZASININ QAPILARI

Darvazanin fragmeti      -orta əsrlərə aid Azərbaycan bədii sənətkarlıq numunəsi. Şəddadi hökmdarı Şavurun (1049-66/67) əmri ilə 1063-cü ildə Azərbaycanlı usta İbrahim ibn Osman hazırlamışdır. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, duzəldilmə tarixi ("... əməl dəmirçi İbrahim ibn Osman ibn Ənkəveyx 405-ci il") və s. göstərilmişdir.
     1139-cu ildə gürcü çarı I Demetri (1125-54) zəlzələ nəticəsində dağılmış Gəncəyə hücumu zamanı darvazanı Gürcüstana (Kelati monastırına) aparmışdır. Xalq arasında olan mə"lumata görə neçə tonluq darvaza, zəlzələdən sağ qalan əhalin əsrə düşmüş hissəsi tərəfindən daşınmışdır. Deyilənlərə görə Gürcüstana olan məsafədə darvazanın altında zəlzələdən tələf olan adamlardan çox gəncəli həlak olmuşdur.
     XII əsrdə monastır tə'mir olunarkən Gəncə darvazasının bir tayı dam örtüyündə istifadə edilmişdir. Digər tayı hazırda Kelati monastrının cənub hasarına (IV Davidin qəbri qarşısındakı divara) bərkidilmişdir.


 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər • Forum • Xəritə • Çat • Fotogalereya •  • Axtarış • Linklər •