... Geri

... Gəncənin tarixi

Markazi meydan - 120 il avval      Elmi fikirlərin inkişafında Gəncənin böyük rolu olmuşdur. M.D.Topçubaşev (1784-1869), Rusiyada şərqşünaslığın əsasını qoyanlardan biri olmuşdur, hansı ki, bu şəhərdə anadan olmuş və ilk təhsilini bu şəhərdə yerləşən mədrəsədə almışdır. 1817-ci ildə o, İran səfirliyi tərkibində Peterburqa gəlmişdir. Sonralar Peterburq universitetinin professoru kimi o, Rus Arxeoloji cəmiyyətinin numizmatika bölməsinin əsasını qoyanlardan biri olmuş və həyatının sonuna kimi onun şərq bölməsinə rəhbərlik etmişdir. Gəncə şəhərində yaşayıb yaratmış şairlərdən Mirzə Mehdi Nədcini, Molla Abdullanı, Hacı Abbası, Nakin və başqalarını göstərmək olar. Nədci poeziyasında sosial motivlər daha güclüdür. Gəncəli Mirzə Şəfi Vazeh (1794-1852) Azərbaycanda maarifçiliyin qabaqcıl nümayəndələrindən biri olmuşdur.
Gəncədə milli teatr olmayıb. Onu şəbehi və başqa xalq oyunları əvəz edirdi. Xalq məzhəkələrindən başqa şəhərlərdə rus dilində teatr tamaşaları verirdilər. Ona rus dili bilən ziyalılar baxa bilirdilər.
Bazar       Gəncənin bir neçə yerində kitabxanalar fəaliyyət göstərirdi. Onların fondu əsasən dərsliklərdən ibarət idi. XIX əsrin 70 illərindən sonra Gəncə eyni adlı quberniyanın paytaxtı oldu. Kapitalizm dövründə sənətin elə sahələri inkişaf etmişdir ki, orda sənətkarlar malları sifarişlə deyil birbaşa bazar üçün hazırlayırdılar. O dövrlər ən çox xalçaçılıq, toxuçuluq və dəri emalı sahələri inkişaf etmişdir. Sənətkarlıq öz əhəmiyyətini itirməmiş və əhalinin əsas məşğuliyyətinə çevrilmişdir. Gəncə aristokratları öz kapitallarını inkişaf etməkdə olan emal sahələrinə qoyaraq yeni müəssisələr açırdılar. Şərabçılıq, konyakın, spirtin və mahlıcın hazırlanması xüsusilə intensiv inkişaf edirdi. Gəncədə sənaye müəssisələri əsasən "Forer qardaşları", "Qummel qardaşları", "Yelizavetpol", "Konkordiya", "Pobeda", "P. və E. Əmirxanov qardaşları", "E.Franke və Polonski", "Aşxataik" satılı cəmiyyətlərinə və "Cənub çaxırçıları" səhmdar cəmiyyətinə aid idi. Gəncə şəhərində yeyinti sənayesini inkişafı üçün meyvə-ekstrakt zavodları az rol oynamışdır. 1906-cı ildə "Səməni kökünün hazırlanması və emalı Qafqaz cəmiyyəti"-nin yaranmasından sonra Gəncədəki zavod əsas zavodlardan biri oldu. Cəmiyyət amerika-ingilis kapitalı əsasında yaranmışdır.
Goy satanin dukani      Pambıqtəmizləmə sənayesinin inkişafı - Gəncədə mahlıc istehsalı bir başa quberniyada pambıqçılığı artımı ilə bağlı idi. 1900-cu ildə burada 2 pambıqtəmizləmə zavodu fəaliyyət göstərirdi ki, burada təkmilləşdirilmiş texnikadan istifadə edirdilər. Hər zavodda 20-yə yaxın fəhlə işləyirdi. 1924-cü ildə quberniyadakı pambıqtəmizləmə zavodundan beşi Gəncənin payına düşürdü. Bu zavodların hər birində il ərzində 100 pud təmizlənmiş pambıq istehsal edirdilər.
Gəncənin pambıqtəmizləmə zavodlarında istehsal olunmuş yüz minlərlə pud mahlıc Moskva, Lodz və başqa şəhərlərə göndərilirdi. Bu zavodlar "Ümid", "Ulduz", "Pambıq", "Qevorkov qardaşları", "Rəfiyev qardaşları" satış evlərinə, "Arzumanov və Ko " sənaye-satış cəmiyyətinə məxsus idilər. Satış evlərinin təsisçiləri əsasən milli kapitalın nümayəndələri idilər. Gəncədə yeni səhmdar cəmiyyət yarandı, 1919-cu ildə Gəncədə "Yelizavetpol kənd təsərrüfatı və sənaye malları" səhmdar cəmiyyəti yarandı ki, o da mahlıc hazırlanması ilə məşğul olurdu.
Ticarat markazi     İnqilaba qədər Gəncədə bir tütün fabrikası var idi ki, onun də əsası keçən əsrin 50-ci illərində qoyulmuşdur. Gəncədəki kərpic zavodları da sənaye əhəmiyyəti daşıyırdı. Burada hazırlanan məhsul həm şəhərin, həm də quberniyanın kənd əhalisinin tələbatını ödəyirdi.
Kapitalizmin inkişafı ilə bərabər şəhərdə kredit-bank sistemi geniş vüsət almışdır. Belə ki, 1896-ci ildə Azov-Don ticarət bankının filialı, 1905=ci ildə birinci və 1907-ci ildə ikinci qarışıq kredit-ticarət cəmiyyəti, 1912-ci ildə Tiflis ticarət bankının şö'bəsi, 1913-cü ildə Volqa-Don ticarət bankının agentliyi və 1916-cı ildə Yelizavetpol dövlət bankının şö'bəsi yaranmışdır.1883-cü ildə istifadəyə verilmiş Bakı-Tiflis dəmir yolu şəhər iqtisadiyyatının inkişafına kömək etmişdir.
At gucu ila islayan ictimai transport      Bu dəmir yolu ilə daşınan kənd təsərrüfatı və sənaye mallarının əksərriyəti gəncə dəmir yol stansiyasında qatarlara yüklənirdi. Bundan başqa dəmir yolu Gəncəni Bakı, Erivan, Tiflis və Şuşa kimi şəhərlərlə birləşdirirdi. Dəmir yolu tikilməmişdən qabaq adı çəkilən şəhərlərə mallar arabalarda daşınırdı. Gəncə əhalisinin artımı, şəhərdə burjua və proletariatın yaranması XX əsrin əvvəllərinə təsadüf edirdi. Kapitalizmin inkişafı fəhlələrin ekspluatasiyasının artması ilə eyni gedirdi. Buna cavab olaraq fəhlələr iki əsri birləşdiyi zaman özlərinin etiraz səslərini qaldırırdılar. İnqilab dövründə Gəncə fəhlələri özlərini Azərbaycan proletarları arasında daha mətin və iradəli göstərmişdir. Birinci dünya müharibəsi illərində Gəncə bolşevikləri fəhlələrin önündə gedərək geniş kütlələrin səfərbərliyinin təşkilində fəal iştirak etmişdir.
     Gəncədə müharibəyə qarşı zəhmətkeşlərin tə'til və nümayişləri gedirdi. Kapitalizmin inkişafı şəhərin mədəni həyatının da inkişafına öz təsirini göstərmişdir. Bu maariçiliyin inkişafına da təsir etmişdir. Bu dövrdə Gəncədə məktəblərdən başqa dini müsəlman məktəbləri də fəaliyyət göstərirdi.
     1883-cü ildə Gəncədə "Müqəddəs Nina xeyriyyə cəmiyyəti"-nin təşkil etdiyi qızlar gimnaziyası fəaliyyət göstərirdi. 1924-cü ildə şəhərdə pedaqoji seminariya açılmışdır. Seminariyanın açıldığı il oraya 18 tələbə qəbul olunmuşdur ki. Onların da əksərriyəti zəngin ailələrin nümayəndələri idilər.

Davamı...


 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər • Forum • Xəritə • Çat • Fotogalereya •  • Axtarış • Linklər • 
Need affordable services for your moving house? See our website! . draadloos alarmsysteem . Website Technical Audit