GƏNCƏ CÜMƏ MƏSCİDİ

      Azərbaycan memarlıq abidəsi, hal-hazırda Gəncənin mərkəzi məscidi. 1606-cı ildə azərbaycanlı alim və me`mar Şeyx Bəhahəddin tərəfindən inşa edilmişdir.Xalq arasında Şah Abbas məscidi adlanır.
     Bişmiş qırmızı kərpicdən tikilmiş abidə məscid və onun qarşısındakı 2 hündür minarədən (XIX əsrdə tə`mir edildikdən sonra minarələrin əvvəlki forması dəyişmişdir) ibarətdir.
     Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi sovet hakimiyyəti dövründə dağıdılmışdır. Lakin bərpa edilərək hal-hazırda öz fəaliyyətini davam etdirir. Ümumi həcmi kub şəklində olan məscid dövrünə görə böyük diametrli (17 m) künbəzlə örtülmüşdür.
얌ߏۊۏ
     Binanın xaricə açılan dərin həcmli baştağ-eyvanları və ümumi quruluşu me`marlıq həllinə görə diqqəti cəlb edir. İbadət salonu sahəsinin genişliyi və açırımlarının hündürlüyü ilə fərqlənir. Minbərin üzərində oyma bəzəkləri olan ağac şəbəkələri şəbəkəçilik sənətinin nümunələrindəndir.
     Azərbaycanın görkəmli şairi M. Ş. Vazeh uzun müddət Gəncə Cümə Məscidinin mədrəsəsində xəttatlıqdan dərs demişdir. Məhz burada xalqımızın böyük mütəfəkkiri M.F.Axundov ondan nəstə`liq xəttini öyrənmişdir.

Gəncənin Məscidləri haqda daha ətraflı məlumat forumda tapa bilərsiniz.












 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər •  Forum • Xəritə • Çat •  • Axtarış • Linklər • 
5-20 .