... Geri

... Gəncənin tarixi

Galanin maketi
    Sənətkarlıqla bərabər Gəncədə əkinçilik, bağbançılıq və maldarlıq geniş inkişaf almışdır. Adı mə'lum olmayan müəllif öz əsərində "Əcaib od-dünya" yazırdı ki, "əhali ilə sıx məskunlaşmış Arranın bu böyük paytaxt şəhəri güclü möhkəmlənmiş qala divarları ilə əhatə olunub. Gəncə ağaclarla dolu idi. Burada hər cür meyvələr var idi. Başqa şəhərlərə atlas, parça, pambıq, ipək və başqa mallar aparırdılar. Əhalisi mərd idi, yaxşı ox atırdı."
Nizami Gancavi
      Göstərilən dövrdə Gəncə Azərbaycanın mədəni inkişafında mühüm rol oynayıb. Məhz bu şəhərdən çıxmış alim və şairlərin əsərləri bütün dünyada şöhrət qazanmışdır.
Mashati Gancavi
Bu mövqeydən Məshəti Gəncəvinini yaradıcılığını xüsusi ilə qeyd etmək lazımdır. O öz zəmanəsinin dahi şairəsi olduğu üçün xalq arasında böyük nüfuz və hörmətə layiq idi. Artıq dünya şöhrəti qazanmış, Azərbaycanın dahi şairi Nizami Gəncəvi , məhz bu dövrdə Gəncədə yaşayıb və yaratmışdır. Onun "Xəmsə" si dünya ədəbiyyatın nadir incilərindən hesab olunur. Bu barədə Bertels yazırdı:"Nizami özünün ilahi sehikarlığı ilə özünü bəşəriyyətə tanıtdırdı".
Xamsanin alyazmasi
      XIII əsrin əvvəllərində Azərbaycan monqolların işxalına məruz qaldılar. Onlar ilk yürüşləri zamanı (1220) gözəl müdafiə olunmuş Gəncəni tuta bilmədilər. 1225-ci ildə Azərbaycan yenidən Cəlaləddinin yürüşünə məruz qaldı, hansı ki, bir-birinin ardınca Azərbaycanın şəhərlərini işxal etdi, o cümlədən Gəncəni. Bu işxal Atabəylər dövlətinin arutu ilə nəticələndi.
     Cəlaləddinin yerlərdəki mə'murlarının zülmü və azğınlığının nəticəsində 1231-ci ildə Gəncə əhalisi xarici işxalcılara qarşı üsyana qalxdı. Üsyancılar şəhər hakiminin sarayını dağıdıb, bütün əyanları öldürdükdən sonra varlıları bir neçə ay onlara təzminat verməyə məcbür etdilər. Bu üsyan da yatırıldı. Bu üsyanın başcısı sənətkar Bəndər və onun 30 ən fəal silahdaşı ölümə məhkum edildilər(10,32-33). 1231-ci ildə şəhəri mühasirəyə alan monqollar güclü müqavimətə rast gəldilər. Bütün bunlara baxmayaraq, işxalçılar şəhəri tutub, yerli əhaliyə qarşı amansız divan tutub şəhəri qarət etdilər. Şəhər uzun müddət inkişafdan dayandı. Şəhərin bərpası və inkişafı üçün icazə yalnız 1235-ci ildə verildi.
Imamzada
     XIII əsrin ortalarından başlayaraq Azərbaycan Hülakilər dövlətinə daxil oldu. Hülakilər dövlətinin başçısı və onun idarəçisi Hülaki Xan (1256-1265) idi. 80-ci illərdə Azərbaycan Əmir Teymurun işğalına məruz qaldı. Ölkə Teymur və Toxtamış xan arasında döyüş sahəsinə çevrildi. Teymurun Gürcüstana hücümu zamanı Gəncə hərbi məntəqə rolunu oynayırdı. Teymurun Azərbaycana yürüşü dəhşətli fəlakətlərlə nəticələndi. XVI əsrin əvvəllərində yeni dövlət, Səfillər dövləti yarandı.I Şah İsmayıl tərəfindən yaranmış dövlətin tərkibinə daxil olan bəylərbəyliklərindən biridə Gəncə bəylərbəyidi. Sultan Şahverdinin Gəncənin baş bəylərbəyi təyin edilməsi ilə Gəncə və Qarabağda Qacarlar nəslindən olan Ziyadoğlular sülaləsinin uzun sürən hakimiyyəti başlandı. Məhşur İmamzadə türbəsinin inşa edilməsi məhz bu vaxtlara etimal edilir.
Yeni galanin bir hissasi
     Gəncə, yenidən Zaqafqaziyada özünün ticarətdə aparıcı yerini tutdu, Rusiya, Yaxın Şərq və Avropa ölkələri ilə sıx əlaqələr yarandı. Mənbələrdən birində deyilir ki, o zaman Gəncəyə 50 mindən artıq təsərrüfat(225000 əhali) var idi.
Hərbi döyüşlərin səngiməsi imkan verdi ki, Gəncə şəhərinin başqa şəhərlərlə əlaqəsi bərpa olunsun, ticarət əlaqələrinin genişlənməsi iqtisadiyyatın inkişafına şərait yaratdı. Türk səyyahı Övliya Çələbi qeyd edir ki, o dövrdə Gəncə də 6000 ev vardı. O xüsusi ilə ipəkçiliyin inkişafını qeyd edirdi.
Rusiyanın xəzərətrafı əyalətlərini işğal etməsi osmanları narahat edirdi. 1723-cü ildə Gəncəni mühasirəyə alsalarda onlar şəhəri tutua bilmədilər.
Javadxanin portreti
     Bu İran hökümətini narahat edirdi. O zaman İran hökümətinin başında duran Nadir şah qabağına belə bir məqsəd qoydu. Rusları və türkləri Azərbaycandan çıxarıb onu işğal etmək. 1735-ci ilin martında Gəncə yaxınlığında rus-iran müqaviləsi bağlandı, bu müqaviləyə əsasən çar höküməti öz qoşunlarını xəzərətrafı quberniyadan çıxardı. Nadir şahın siyasəti Azərbaycan əhalisini tamam müflisləşdirdi. 1747-ci ildə şahın öldürülməsi müstəqilliyə olan mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına - xanlıqlara parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadxanoğlu Gəncənin xanı (1740-1756) oldu. Xanlığın mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785-1840) dövründə Gəncə xanlığı xeyli möhkəmləndi. O müstəqil xarici si siyasət yeridirdi. Gəncə xanlığı özü tədavülə pul buraxırdı. Bu dövrdə tacir və mülkədarları, aristokratları müdafiə edən çar rusiyası öz növbəsində yeni-yeni torpaqlar ələ keçirmək, özü üçün yeni bazarlar tapmaq istəyirdi. Bu səbəbdən Rusiya üçün Azərbaycan iqtisadi və strateji cəhətdən böyük əhəmiyyətə malik idi.
Javadxanin gabri
      Gəncənin xüsusilə əlverişli mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün bu ərazini seçmişdir. Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" adlandırırdı. General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir.
Guberniyanin gerbi
     Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Qalanın almağı çətin olduğunu başa düşən Sisyanov, müəyyən hazırlıqdan sonra, 3 yanvar 1904-cü ildə səhər saat 5-də hücum əmri verdi ağır döyüşdən sonra ruslar qalanı aldılar.Cavad xan öldürüldü. Bu işxaldan sonra Gəncə şəhərinin adı Aleksandrın arvadı Yelizavetanın şəhərinə dəyişərək Yelizavetpol qoyuldu..

.......????
   1805-ci ildə çar hökuməti rəsmi olaraq komandant üsul idarəsini tətbiq etdi. Bu zamanda bhtün hərbi, maliyə və dikər mülklər komendantın əlində cəmləndi. 1806-cı ildə Gəncədə məhkəmə yarandı. Əhali üzərində nəzarəti gücləndirmək üçün 1824-cü ildə Gəncədə polis idarəsi yarandı.Əhali bu idarə və onun iş üslublarından narazı idi. 1840-cı ildə komendantlıq sistemi ləğv edildi. Gəncə uyezd kimi Gürcüstanın-İmertiya quberniyasının tərkibinə daxil olundu və uyezdin başcısı təyin olundu. 1868-ci ildə Yelizavetpol quberniyası yarandı. Gəncə Yelizavetpol quberniyasının paytaxtı oldu. .

Mirza S. Vazeh
Gəncənin Bakı-Tiflis karvan yolunun üstundə yerləşməsi ona zaqafqazyanın ticarət mərkəzləri və Şərqin böyük ticarət mərkəzləri ilə əlaqə saxlamağa şərait yaradırdı. XIX əsrin yarısında Gəncənin mədəni həyatı inkişaf edirdi. Mədrəsə və məktəblərdə şakirdləri klassik şərq ədəbiyatı ilə tanış edirdilər. Lakin nə dini məktəblər nə mədrəsələrin aydın proqramları yox idi. Şah Abbas məscidindən bir qədər aralı olan mədrəsədə 100-dən çox şakird təhsil alırdı. XIX əsrin ortalarından başlayaraq Gəncədə xüsusi məktəblər fəaliyət köstərməyə başladı, 1860-cı ildə bu məktəblərdə 198-zə yaxın şakird təhsil alırdı. Yekanə qız məktəbində 18 şakird təhsil alırdı. 60-cı ilin ortalarında artıq Gəncə məktəblərində 981 nəfər təhsil alməşdı. .



Davamı...


 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər • Forum • Xəritə • Çat • Fotogalereya •  • Axtarış • Linklər • 
very cool images birthday cake images free download follow this link . payday boss . http://norxtabs.com/ buy cheap generic antibiotics. . nagasaon . sista minuten flyg