HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#04.24-30 yanvar 2004

GƏNCƏNİN GERBİ QƏBUL OLUNDU

Yanvarın 21-də Gəncə şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə şəhərin gerbi qəbul olunub. Gerbin yaradılması barədə İcra başçısının 2 dekabr 2003-cü il tarixli sərəncamından sonra, müsabiqə elan edilərək 17 nəfərdən ibarət komissiya yaradılmışdı. Gəncə Regional Elmi Mərkəzin direktoru Fuad Əliyevin sədrlik etdiyi komissiyaya 26 müəllif 87 layihə təqdim edib. Komissiyanın yanvarın 19-da keçirilən iclasında 15 komissiya üzvü iştirak etmiş və onlardan 11 nəfəri yeni gerbin qəbul olunmasına tərəfdar olduğunu bildirmişdir. İcra hakimiyyətində keçirilən müşavirədə də bu ideya bəyənilibdir.


Günəş - əbədi həyat rəmzidir.
Ay - əbədi işıq, azadlıq rəmzidir.
Səkkiz guşəli ulduz - Azərbaycanın simvoludur.
14 üçbucaq - Şah İsmayıl Xətainin qurduğu dövlətin rəmzidir.
Palıd yarmağı - möhtəşəmlik, uzun ömürlülük, müdriklik və möhkəmlik rəmzidir.
Yaşıl fon - İslamın rəmzidir.

GƏNCƏDƏN 2 NƏFƏR HENRİ BÖLL TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLDÜ

Henri Böll fondunun Qafqaz regional bürosunun "Gənc alimlərə yardım" fondu müxtəlif proqramlar üzrə müsabiqə təşkil etmişdir. Azərbaycan, Ermənistan və Gürcüstanın gənc alimləri arasında keçirilən bu müsabiqə 4 xətt üzrə - sosiologiya, tarix, din və şəhərlərin inkişafı mövzusunda olub. Yüzlərlə gəncin iştirak etdiyi bu müsabiqədə qaliblərdən 6-sı - sosiologiya üzrə 3 nəfər, tarix üzrə 2 nəfər, şəhərlərin inkişafı üzrə 1 nəfər azərbaycanlı olmuşdur. Sevindirici haldır ki, onlardan ikisi - Aysel Yusifzadə (sosiologiya) və Zərinə Cəfərova (şəhərlərin inkişafı) Gəncədəndirlər. Qaliblər bir il ərzində Henri Böll adına təqaüd alacaqlar. Bu müddətdə onlar öz mövzularına uyğun kitab yazacaqlar.

GƏNCƏNİN TARİXİ ABİDƏLƏRİNİN XƏRİTƏSİ HAZIRLANIR

Tarix və mədəniyyətlə bağlı olan abidələrin hər birini özündə əks etdirən mükəmməl kataloq və xəritələrin tərtib edilməsi hər bir millət üçün ən vacib işlərdəndir. Bu günlərdə respublika Mədəniyyət nazirliyi Gəncə şəhərinin tarixi abidələrinin xəritəsinin hazırlanması ilə bağlı təşəbbüs irəli sürüb. Artıq bununla əlaqədar ilkin işlər görülür. Şəhərin Tarixi Abidələr Qoruğu, Memarlıq şöbəsi, Turizm və Mədəniyyət idarələri müvafiq siyahıları hazırlayırlar.
Maraqlıdır ki, bu xəritə şəhərin mərkəzində, görməli yerlərdən birində lövhə şəklində qoyulacaq. Lakin adı çəkilən xəritəyə Gəncənin 200-ə yaxın tarixi abidəsinin adının düşməmək ehtimalı da var. Bu da onların hələlik qeydiyyata alınmamasından irəli gəlir. Gəncə Mədəniyyət idarəsinin müdiri Mina Məlikovanın bildirdiyinə görə xəritəyə onların nazirlikləri sırf tarixi abidələrin salınmasını, Turizm nazirliyi isə şəhərin görməli yerlərinin də daxil olunması məsələsini qaldırırlar. Müsahibimiz nəticə etibarı ilə hər iki tərəfin təkliflərinin nəzərə alınacağını qeyd etdi. Hazırda Gəncədə mövcud olan 563 tarixi abidədən cəmi 263-nün adı bu xəritəyə daxil ediləcək. Səbəbi də tarixi abidələrin hamısının Mədəniyyət nazirliyində qeydiyyata alınmamasındadır. Mina Məlikova Gəncə abidələrinin bu yaxınlarda nazirlik tərəfindən aparılacaq inventarlaşdırmadan sonrakı yeni siyahıya salınmasına çalışır. Bildirək ki, bundan başqa Gəncədə bir çox abidələrin önündə izahlı lövhələrin qoyulması ilə bağlı layihə də işlənilir. Gəncənin tarixi abidələr xəritəsinin may ayına kimi hazırlanması planlaşdırılır. Xəritənin həmçinin buklet və kitabçalar şəklində buraxlması da nəzərdə tutulur.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[