HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#17. 24-30 aprel 2004

WWW.GANCA.NET MÜSABİQƏNİN QALİBİ OLDU

Bu günlərdə Bakı şəhərində Azeronline LTD BM-in təşkilatçılığı ilə "Vebmaster-2004" müsabiqəsinin qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirildi. Müsabiqədə 9 nominasiya (İnformasiya texnologiyaları, Tarix və Ölkəşünaslıq, Elm və Təhsil, Kitabxana, Mədəniyyət, İdman, Kütləvi İnformasiya Vasitələri, Əyləncə, Fərdi səhifələr) üzrə 145 iştirakçı yarışırdı. Sevindirici haldır ki, "Tarix və Ölkəşünaslıq" nominasiyasının qalibi www.ganca.net olub. Azercell Telekom BM-in sponsorluğu ilə keçirilən tədbirin qadiblərinə qiymətli mükafatlar təqdim olunub.


"NİZAMİ MUSİQİ DÜNYASI" İŞIQ ÜZÜ GÖRDÜ

Aprel ayının 16-da Azərbaycan Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzdə Bəstəkarlar İttifaqının Gəncə şəhər şöbəsinin sədri, sənətşünaslıq namizədi, musiqişünas-alim Rauf İsmayılzadənin təzə çapdan çıxan "Nizaminin musiqi dünyası" aldı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edənlər "Azərbaycan xalq mahnıları", "Azərbaycan musiqi rəngləri" əsərlərinin, 100-dən çox elmi və publisistik məqalələrin müəllifi olan R. İsmayılzadənin yaradıcılığının rəngarəngliyindən, adıçəkilən əsərin alimin gərgin zəhmətinin bəhrəsi olmasından danışdılar. müəllif, mütəfəkkir və böyük söz ustadı Nizaminin zəngin söz dünyasına baş vurmuş, "Xəmsə"dəki musiqi sənətinə dair fikir və mülahizələri, izahları xüsusi bir məhəbbətlə seçib oxucuların ixtiyarına vermişdir. Xatırladaq ki, 2001-ci ildən hazır olan kitabın çap edilməsi maliyyə çətinliyi ucbatından ləngiyirdi.


"AZƏRİ STAR" MÜSABİQƏSİ KEÇİRİLİR

"Space" telekanalının təşkil etdiyi "Azəri Star" musiqi müsabiqəsinin birinci turuna aprelin 19-da Gəncə şəhərində start verildi. Bu müsabiqədə 200 min manat ödəməklə bütün arzu edən 15-26 yaş arasında olan istedadlı gənclər iştirak edə bilərdilər. Gəncəbasar bölgəsində keçirilən bu tura 46 nəfər gənc qatılmışdı. Qeyd edək ki, birinci turun davamı olaraq aprelin 20-də müsabiqə Bakı şəhərində də keçirildi. Ümumilikdə ilkin mərhələdə iştirak edənlərin sayı 100 nəfər olub. Tədbir təşkilatçılarının dediyinə görə, axırıncı tura üç nəfər qalacaq. Onların arasından qalib səs vermə yolu ilə seçiləcək. Bu məqsədlə hər üç iştirakçıya SMS-mobil telefon nömrəsi açılacaq və bu nömrələrə mesaj göndərməklə müsabiqənin qalibi müəyyən olunacaq. Münsiflər heyəti 9 nəfərdən ibarət olub. Onlar, ikinci tura keçəcək gəncləri müəyyən etmək üçün paytaxtımızdan Gəncəyə dəvət olunan tanınmış incəsənət və mədəniyyət nümayəndələri idi.


IDMAN: Futbol , Spartakiada, Basketbol, Kikboksinq, Sərbəst güləş

Futbol 
Həvəskarlar arasında futbol üzrə ölkə birinciliyinin qrup yarışları başa çatdı. Xatırladaq ki, ikinci mərhələdə 16 komanda dörd qrupda yarımfinala vəsiqə uğrunda mübarizə aparırdı. "A" qrupunda yarışan "Gəncə-2" komandası bu mərhələdə zəif çıxış edərək 3 xalla axırıncı - dördüncü yerə çıxıb və bununla da, komanda öz mübarizəsini dayandırmalı olacaq.

Spartakiada
Gəncənin idman bazalarında şəhərin ali və orta məktəblərinin ənənəvi spartakiadası davam edir. Artıq basketbol və stolüstü tennis növləri üzrə qaliblər məlum olub. Basketbol turnirində ali məktəblərin arasında Gəncə Dövlət Universitetinin komandaları (oğlan və qız) fərqləniblər. Orta ixtisas məktəbləri arasında isə Texniki Kollecin basketbolçuları qalib gəliblər. Stolüstü tennis üzrə yarışlarda ali məktəblərin arasında yenə də Gəncə Dövlət Universitetinin idmançıları birinci olmuşlar, orta ixtisas məktəbləri arasında isə Texniki Kollecin kollektivi çempion olmuşdur. Spartakiada davam edir.

Basketbol
Gəncə Olimpiya İdman kompleksində keçirilən yeniyetmələr arasında basketbol üzrə ənənəvi "BAM" turniri aprelin 19-da başa çatdı. Turnirdə şəhərin "Təhsil" İdman Mərkəzinin, "Telekom", Humanitar Kollecin və başqa idman cəmiyyətlərinin qız və oğlan komandaları iştirak ediblər. Yarışın nəticələrinə görə, "Telekom"un qız və oğlan komandaları birinci yerlərə çıxıblar. Qaliblər may ayının ortalarında Bakıda keçiriləcək "BAM" Respublika turnirində iştirak edəcəklər.

Kikboksinq
Aprelin 19-da Bakıda kikboksinqin lou-kik növü üzrə XI Azərbaycan çempionatı başa çatdı. Çempionatda Bakı, Gəncə, Naxçıvan, Əli Bayramlı və digər şəhərlərdən gəlmiş 123 idmançı rinqdə mübarizə aparıb. Qaliblər 12 çəki dərəcəsində müəyyən edilib. Gəncə kikboksçuları bu çempionatda dörd medal qazanıb. Məşqçi İlqar Əliyevin yetirmələri Sənan Haqverdiyev (51 kq), Elnur Salamov (54 kq) gümüş, Tural Hacıyev (91 kq) bürünc medala layiq görülüb. Dinamoçu Ramin Quliyev (75 kq) də bürünc medalla təltif olunub. Çempionatın nəticələrinə görə, Sənan Haqverdiyev və Elnur Salamov Azərbaycan yığma komandasının tərkibinə daxil olaraq oktyabr ayında Yaltada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar.

Sərbəst güləş
Aprelin 23-də Türkiyədə sərbəst güləş üzrə Avropa çempionatı start götürüb. Yarışda qitənin ən güclü pəhləvanları medallar uğrunda mübarizə aparacaqlar. Azərbaycanın yığma komandasının tərkibində, gəncəli Abil İbrahimov da iştirak edəcək. Nəticələr barədə növbəti sayımızda məlumat verəcəyik.

Şahmat
Aprelin 23-də Gəncə Şahmat Məktəbində qadınlar və kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının zona yarışına start verildi. Yarışda Respublikanın şəhər və rayonlarını təmsil edən 80-ə yaxın idmançı yüksək liqada oynamaq üçün mübarizə aparırlar. Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarətdir. Yarışda birinci və ikinci yerləri tutan şahmatçılar yüksək liqada öz güclərini sınayacaqlar. Çempionatda Respublika Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun iştirakı gözlənilir.

***

Aprelin 19-da Türkiyənin Əskişəhər şəhərində şahmat məktəbləri yetirmələri arasında Avropa komanda birinciliyi start götürmüşdür. Yarışda 7 ölkənin - Rusiya, İngiltərə, Rumıniya, Belarus, Türkmənistan, Azərbaycan və Türkiyənin 180 şahmatçısı iki yaş qrupunda (12 və 16 yaşa qədər) iştirak edirlər. Azərbaycanı bu yarışda Gəncə şahmat məktəbinin komandası (məşqçi - Şaiq Quliyev) təmsil edir. Gəncə komandası 16 yaşlılar arasında öz gücünü sınayırlar. Artıq komandalar beş tur oynayıb. Komandamız 3 oyunda qalib gəlib və Rusiya komandası ilə heç-heçə oynayaraq, 7 xalla üçüncü yerdə gedir. Ön sıraları Türkiyə və Rumıniya şahmatçıları tutur.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[