HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#14. 03 - 09 may 2005

ŞƏHƏR İCRA HAKİMİYYƏTİ ANONİM SORĞU KEÇİRİB
Bu günlərdə Gəncə şəhər rəhbərliyinin təşəbbüsü ilə sahibkarlarla növbəti görüş keçirilib, sahibkarlara aşkar deyə bilmədikləri və məruz qaldıqları təzyiqləri, fəaliyyətlərinə olan süni maneələri anonim sorğu vasitəsi ilə bildirmələrinə şərait yaradılıb.
110 mağaza sahibinə, orta və iri müəssisə rəhbərinə anonim anket paylanıb. Sahibkarlar hansı qurumlar tərəfindən işlərinə yersiz müdaxilə olunduğu, onlardan rüşvətin hansı formada tələb edildiyi haqda suallara cavab veriblər. Anketdə 16 dövlət təşkilatının, o cümlədən icra hakimiyyətinin, polis, prokurorluq, məhkəmə və vergi orqanlarının, standartlaşdırma, meterologiya və patentləşdirmə xidməti əməkdaşlarının adları çəkilib.
Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, sahibkarlar arasında anonim sorğular hər ay və daha geniş formada keçiriləcək.

GƏNCƏ JURNALİSTLƏRİ BİR ARAYA GƏLDİLƏR
Aprelin 28-də yerli mətbuat və televiziya jurnalistlərinin Gəncə Media Mərkəzində (GMM) görüşü keçirildi. Bu, GMM fəaliyyətə başladıqdan sonra orada təşkil olunan ilk tədbir idi. Müzakirə olunan məsələlər KİV-lərin yerli QHT-lərlə, şəhərin idarə və təşkilat rəhbərləri ilə görüşlərinin təşkil olunması, "reket" fəaliyyəti ilə məşğul olan qəzet və televiziya jurnalistlərinə qarşı birgə mübarizə tədbirlərinin hazırlanması və digər mövzular üzərində quruldu. Tədbir boyu jurnalistləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.

MƏNZİLLƏRDƏ QAZ SAYĞACLARININ QOYULMASINA BAŞLANILIB
Aprel ayının 15-dən etibarən Gəncə Qaz İstismarı İdarəsi (GQİİ) rəhbərliyinin tərtib etdiyi siyahıya daxil olan küçələrdə çoxmərtəbəli binaların mənzillərinə qaz sayğacı qoyulmasına başlanılıb. GQİİ-nin baş mühəndisi Cavad Məmmədov bu barədə belə deyir:
"Bildiyiniz kimi, "Azəriqaz" Qapalı Tipli Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Əlixan Məlikovun müvafiq tapşırığı ilə 2005-2007-ci illər ərzində respublikanın maye qazla təchiz olunan şəhər və rayonlarında mənzillərin tamamilə sayğaclaşdırılması nəzərdə tutulub. Dövlət Büdcəsindən ayrılan vəsaitdən Gəncənin payına düşən hesabına bu ilin sonuna qədər 2900 sayğacın mənzillərdə quraşdırılması planlaşdırılıb. Bu məqsədlə GQİİ Tikinti-Quraşdırma İdarəsi ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə sözügedən idarənin fəhlələri əhalidən bir manat belə xidmət pulu almadan onların mənzillərində qaz sayğacını quraşdıracaq. Müqabilində isə GQİİ fəhlələrin əmək haqlarını ödəyəcək. Artıq işlərə başlanılıb. Ötən 10-15 gün ərzində 237 mənzildə qaz sayğacı yerləşdirilib".
C. Məmmədov əlavə etdi ki, dövlət vəsaitindən başqa öz hesabına mənzillərində qaz sayğacı quraşdırılan vətəndaşlar da vardır:
"Onlar idarəmizə əvvəlcədən müraciət edirlər, qaz sayğacını özləri almaqla yanaşı fəhlələrə 59.500 manat həcmində xidmət pulu ödəyirlər. Qısa müddətdə mənzillərində qaz sayğacı qoyulur".
Mənzillərin sayğaclaşdırılması istər elektrik, istərsə də qaz ödənişinin toplanmasında əhali üçün ən optimal, dəqiq və ədalətli variant hesab olunur.

QƏLƏBƏNİN 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ DAHA BİR TƏDBİR
Aprelin 30-da Gəncədəki 1 saylı liseydə 1941-1945-ci illər müharibəsində əldə edilmiş qələbənin 60 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə liseyin direktoru İbrahim Qurbanov açdı. O, qonaqları səmimi salamlayaraq, milyonlarla insanın həyatına son qoymuş İkinci Cahan Savaşı haqqında iştirakçılara məlumat verdi. İ. Qurbanov bildirdi ki, həmin müharibədə ölkəmiz də çoxlu sayda itkilər verib və bu yaraların yeri bu gün də göynəməkdədir.
Sonra şəhər Veteranlar Şurasının üzvləri İbrahim Məmmədov, Məmməd Sadıxov, Məcid Qarayev, Manya Mirzəyeva, SSRİ-nin hərbi veteranı Kərəm Həsənov və başqaları çıxış edərək, ağır müharibə illərindən, gərgin və şərəfli döyüşlərdən söhbət açdılar. Azərbaycanın Milli Qərhəmanı İqor Mateyevin anası Nadejda Mateyeva isə şagirdlər qarşısında çıxış etmək arzusunda olsa da, qəhərləndi və çıxış edə bilmədi.
Böyük qələbə haqqında söhbətlər şirin süfrə stolu ətrafında davam etdirildi. Tədbir boyu şagirdlərin ifasında müharibəyə aid şerlər söylənildi və səhnəciklər nümayiş etdirildi.
Sonda liseyin müəllim və şagird heyəti yadigar olaraq veteranlarla fotolar çəkdirdilər.

YENİ QHT-DƏN YENİ TƏŞƏBBÜS
Təşkilatın Gəncə Regional Mərkəzi ölkədə baş verən ictimai proseslərə daha fəal qoşulmaq üçün yerli QHT-lər arasında assosiasiya yaradılmasını təklif edir.
Gəncədə yenicə fəaliyyətə başlayan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Regional Mərkəzinin rəhbərliyi yerli QHT və KİV nümayəndələri ilə görüş keçirdi. Öncə mərkəzin direktoru Muxtar Əsədov iştirakçılara rəhbərlik etdiyi təşkilatın və keçirdiyi tədbirin məramını açıqladı:
"Azərbaycanda normal vətəndaş cəmiyyətinin formalaşması, ölkəmizdə demokratik dəyərlərin daha da inkişaf etdirilməsi, əhalinin üzləşdiyi mühüm problemləri araşdırmaq və aidiyyəti orqanlar qarşısında qaldırmaq, qarşıya qoyduğumuz məqsədlərdir. Təbii ki, respublikada baş verən ictimai-siyasi, sosial-iqtisadi proseslərə təsiredici qüvvə olaraq, lazımi köməklik göstərmək xoş məramlı arzularımızdandır".
Tədbirdə iştirak edən Gəncə Təhsil Məlumat Mərkəzinin rəhbəri Həsən Hüseynli ictimai maraqları qorumaq baxımından, əhalinin siyasi proseslərdə aktivliyinin artırılmasını məqsədəuyğun hesab etdi. Bu məsul vəzifəni Gəncə və digər şəhər, rayonlarda yerinə yetirəcək AVCİYA rəhbərliyinə gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonra digər yerli QHT nümayəndələri də çıxış edərək, gələcəkdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

QOCALAR EVİ TƏMİR OLUNUR
"Tomris" Analar Cəmiyyəti və İRD təşkilatının birgə həyata keçirdiyi layihə çərçivəsində Gəncə şəhəri Qocalar Evində uzun müddətdir sıradan çıxmış su xətləri bərpa edilib. İRD-nin tikinti işləri üzrə mühəndisi Ramiz Abdinov kanalizasiya sisteminin təmir olunduğunu və yeni müasir su nasosları quraşdırıldığını bildirdi. Qocalar evinin müdiri Məryəm Qasımova hər il Əhalinin Sosial Müdafiəsi Nazirliyindən binanın təmiri üçün vəsait ayrıldığını, lakin bunun lazımi təmir işlərinin görülməsinə yetərli olmadığını bildirdi. Son zamanlar inşaat materiallarının bahalaşdığını deyən M. Qasımova bu sarıdan işlərinin daha da çətinləşdiyini söylədi:
"Bina köhnədir. Uzun müddətdir ki, burada təmir işləri aparılmayıb. Əvvəllər bu obyekt şəhərin yerli büdcəsindən maliyyələşirdi. Nazirliyə müraciətimizdən sonra Qocalar Evinin saxlanması və təmiri üçün vəsait dövlət büdcəsindən ayrıldı. Artıq 6 ildir ki, burada cari təmir işləri aparırıq, lakin yenə də görüləsi çox iş var".
R. Abdinov İRD təşkilatının müxtəlif layihələr çərçivəsində Gəncə şəhərinin, Xanlar və Daşkəsən rayonlarının bir neçə tibb müəssisəsində təmir işləri həyata keçirdiyini dedi. O, Qocalar Evində yeni vanna otaqlarının tikildiyini, sanitariya qovşağının quraşdırıldığını bildirdi. Binanın həyətindəki bulaqdan da bir neçə günə su gələcək. Mühəndis, həmçinin nasosların elektrik idarəetmə sisteminin yenidən quraşdırıldığını və artıq yuxarı mərtəbələrə su çıxdığını dedi. Artıq təmir işləri yekunlaşmaq üzrədir.

ZONA YARIŞI YEKUNLAŞDI
Aprel ayının 22-29 tarixlərində Gəncə Şahmat Məktəbində kişi və qadınlar arasında dama üzrə Azərbaycan çempionantının zona yarışı keçirildi. Yarışa respublikanın 16 şəhər və rayonundan 77 nəfər iştirakçı (52 kişi, 25 qadın) qatılmışdı.
9 mərhələdə keçirilən bu oyunda Sumqayıt, Şəki və Əli Bayramlı yetirmələri bütün rəqiblərinə üstün gələrək, noyabr ayında Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazandılar. Yarışın baş hakimi Şaiq Quliyevin bu haqda dediklərindən: "Dama üzrə zona yarışı 4 ildir ki, Gəncədə keçirilir. Ötən ilə nisbətən bu il yarışa qatılan həm şəhər və rayonların, həm də iştirakçıların sayı artıb. Aprelin 29-da oyunlar yekunlaşdı. Kişilər arasında Durarbəyli Vasif (Sumqayıt) 7 xalla I, Mehdiyev Sadıq (Şəki) 7 xalla II, Həsənov Rəşad (Sumqayıt) 7 xalla III yerləri tutublar. Qadınlar arasında Məmmədova Gülnar (Əli bayramlı) 7 xalla I, Bəxtiyarlı Aysel (Sumqayıt) 6 xalla II, Qurbanova Ləman (Əli bayramlı) 6 xalla III yerlərə layiq görülüblər".
Qeyd edək ki, yarış qaliblərindən Durarbəyli Vasif, Məmmədova Gülnar və Bəxtiyarlı Aysel Bakıdakı final mərhələsində iştirak etmək hüququ qazanıblar. Gəncə yetirməsi olan Ağayev Nicat yüksək əzmkarlıq nümayiş etdirsə də, 8-ci mərhələdə məğlub olaraq dördüncü yerlə kifayətlənib. Yarış qaliblərinə sonda Gənclər, İdman və Turizm Baş İdarəsi adından mükafatlar təqdim olundu.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[