HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#30. 24 - 30 iyul 2004

NÜŞABƏ MƏMMƏDOVA N.B.ZƏRDABİ ADINA MÜKAFATININ LAUREATIDIR.

İyulun 19-da "Gəncəbasar" qəzetinin bir yaşı tamam oldu. Azərbaycan Jurnalistlər Birliyinin 2004-cü il H. B. Zərdabi adına mükafatının laureatları sırasında "Gəncəbasar" qəzetinin baş redaktoru N. Məmmədova da var. Qeyd edək ki, Milli Mətbuat Günü ərəfəsində təqdim olunan bu mükafat hər il müxtəlif nominasiyalar üzrə təyin olunmaqla, jurnalistlərə və kütləvi informasiya vasitələrinə verilir. Baş yazarımız bu mükafata "Gəncəbasar" qəzetində regionun ictimai-sosial həyatını geniş və obyektiv işıqlandırdığına görə layiq görülüb. Bayramın mübarək, "Gəncəbasar"!

ƏHMƏD ŞƏFƏQ BABA YURDUNDA

İyulun 22-də Gəncə Dövlət Dram Teatrının binasında Türkiyə müğənnisi Əhməd Şəfəqin konserti oldu. Konsertdən öncə şəhər İcra Hakimiyyəti başçısının qəbulunda olan zaman müğənni əslən gəncəli olduğunu, vətəninə ilk dəfə gəlişindən şərəf duyduğunu bildirib. İki gün öncə Bakı Dövlət Filarmoniyasında, sonra Sumqayıtda açıq havada konsert verən Əhməd Şəfəq Gəncə tamaşaçılarıyla görüşündən böyük sevinc hissi keçirdiyini konsert boyu tez-tez vurğulayırdı. Həmyerlilərimiz də bu səmimiyyətin qarşısında borclu qalmadılar - şair, bəstəkar və müğənni kimi çalışan qonağı sürəkli alqışlarla qarşıladılar. Tədbirdə iştirak edən şəhər ictimaiyyəti və ziyalılar arasında Sabir Rüstəmxanlı, Məmməd Aslan, Ağalar Mirzə də var idi. Müğənninin hər ifasından sonra Türkiyə-Azərbaycan dostluğuna, türkçülüyə həsr olunan şer parçaları səsləndirən Ağalar Mirzə, həmçinin Əhməd Şəfəqin prodüsseri qismində də çıxış edirdi. Poeziya gecəsini xatırladan konsertdə Anadoludan Gəncə elinə gələn qonaq da oxumaqdan çox Azərbaycana olan sevgisindən, çəkdiyi vətən həsrətindən danışır, duyduğu xöşbəxtliyi kəlmələrlə söyləməkdə çətinlik çəkdiyini deyirdi. İki saata qədər davam edən konsert xoş təəssüratlarla sona çatdı. Azərbaycanda qastrol səfərində olan Əhməd Şəfəqin yaxın günlərdə Naxçıvan və Şəki şəhərlərində də konsertlərinin keçiriləcəyi gözlənilir.

İDMAN: BOKS, SAMBO, ŞAHMAT
BOKS

İzberbaş (Dağıstan) şəhərində əməkdar məşqçi Murad Həmzəyevin xatirəsinə həsr olunmuş boks üzrə Ümumrusiya turniri başa çatmışdır. Bu turnirdə respublikamızın gənc əlcək ustaları da öz gücünü sınayıb. Komandada Gəncə "Təhsil" İdman Mərkəzinin yetirməsi, hal-hazırda Azərbaycan Bədən Tərbiyəsi Akademiyasının tələbəsi Ramal Amanov (60 kq) da çıxış edirdi. Həmyerlimiz bütün görüşləri qələbə ilə başa vuraraq, turnirin baş mükafatına layiq görülüb.

SAMBO

Bakı Olimpiya İdman Kompleksində sambo üzrə Respublika Kuboku uğrunda yarış üç günlük mübarizədən sonra başa çatdı. Tatami üzərinə 300-ə yaxın idmançı çıxmışdı. Qeyd edək ki, bu turnirin qalibləri dünya birinciliyində Azərbaycanı təmsil edəcəklər. Bu yarışda Gəncə samboçuları uğurla çıxış etmişlər. Yeniyetmələr arasında 1 saylı UGİM-in yetirməsi Araz Muxtarov (70 kq) bütün görüşləri udaraq ikinci il Kubokun sahibi olmuş, onun komanda yoldaşı Tural Vəliyev (75 kq) də qaliblərdən olmuşdur. Kişilər arasında Ramil Qasımov (68 kq) fərqlənmiş və Kubokun sahibi olmuşdur. Qaliblər (yeniyetmələr, gənclər) Daşkənddə, kişilər isə Kişinyovda dünya birinciliyində iştirak edəcəklər.

ŞAHMAT

İyunun 11-dən 18-ə kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yeniyetmə şahmatçılar arasında III "Şeyx Məktum Bin Xəmdan Əl Məktum Kuboku" uğrunda yarışlar keçirildi. Yarışda ABŞ, Almaniya, Macarıstan, Hindistan, İran, Ermənistan, Bosniya-Herseqovina və Azərbaycanı təmsil edən 128 şahmatçısı İsveçrə sistemi ilə mübarizə aparırdı. Qaliblər 10, 12 və 14 yaşlılar arasında və ümumi hesabda müəyyən olurdu. Ümumi hesabda turnirin qalibi və kubokun sahibi iranlı Humayun Tofiqi oldu. O, 7,5 xal yığdı. Gəncə Şahmat Məktəbinin yetirməsi Nicat Ağayev 7 xalla 3-6 yerləri bölüşdürdü.

ŞAHMAT

İyunun 19-da Astarada respublika şahmat məktəblərinin yetirmələri arasında final turniri başa çatmışdır. Yarışda 14 komanda mübarizə aparırdı. Birinci mərhələdə komandalar iki yarımqrupda yarışmışlar. Gəncə şahmat məktəbinin həm qızlardan, həm də oğlanlardan ibarət komandaları uğurla oynayaraq finala çıxmışlar. Finalda hər iki komanda uduzaraq ikinci yerə çıxmışdır. Birinciliyin qalibi isə Bakı Şahmat Məktəbinin (qızlar) və Sumqayıtın (oğlanlar) komandaları oldu. İyulun axırında Türkiyədə yeniyetmələr arasında Avropa birinciliyi start götürür. Yarışda qitənin gənc şahmatçıları, o cümlədən Azərbaycan idmançıları medallar uğrunda mübarizə aparacaq. İştirakçılar arasında Gəncə Şahmat Məktəbinin yetirmələri Ülviyyə Fətəliyeva, Gülşən Ağayeva, Ayaz Məmmədov və Nicat Ağayev öz güclərini sınayacaqlar. Onlara uğurlar olsun!

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[