HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#06. 07-13 fevral 2004

KARATE ÜZRƏ YENİYETMƏLƏR ARASINDA ZONA 1-LİYİ KEÇİRİLİB

Gəncə Olimpiya İdman kompleksində karate üzrə yeniyetmələr arasında zona birinciliyi keçirilmişdir. Yarışda Gəncə, Qazax, Tovuz və Şəmkirin 150-yə yaxın karateçisi öz gücünü sınamışlar. Bu yarışda Gəncənin 2 saylı Uşaq Gənclər İdman Məktəbinin (məşqçi Ramiz İbrahimov) yetirmələri uğurla çıxış ediblər. Bəxtiyar Mirzəyev, Əli Əliyev, Orxan Nəzərov öz yaş qruplarında çempion adına layiq görülüblər. Səxavət Mirzəyev ikinci, Eşqin Qurbanov üçüncü yerə çıxmışlar. Bəxtiyar Mirzəyev martın axırında keçiriləcək Prezident Kuboku uğrunda beynəlxalq turnirdə öz gücünü sınayacaq.


GƏNCƏNİN BOKS KOMANDASI İKİNCİ YER TUTUB

1987-88-ci illərdə anadan olmuş yeniyetmələr arasında Bakıda boks üzrə Respublika "Təhsil" İdman Mərkəzinin açıq birinciliyi keçirilmişdir. Yarışda 12 şəhər və rayonun 178 idmançısı iştirak edib. İştirakçılar arasında Gəncənin 1 saylı UGİM-in və "Təhsil" İdman Mərkəzinin boksçuları da var idi. Komanda hesabında Gəncə komandası Sumqayıt idmançılarından sonra ikinci yerə layiq görülüb. Bakılılar üçüncü olublar.


İLİN ƏN YAXŞI ŞAHMAT MƏKTƏBİ VƏ ŞAHMATÇISI

Artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ən yaxşı İdman, Şahmat məktəbləri, ən yaxşı idmançı, şahmatçı və məşqçi müəyyənləşdirən müsabiqə keçirilir. Bu müsabiqədə respublikanın bütün şəhər və rayonları iştirak edir. Qənaətbəxş haldır ki, qaliblər arasında Gəncə Şahmat məktəbi (direktor, əməkdar məşqçi Salman Cavadzadə) və yetirməsi, respublika çempionu Nicat Ağayev (məşqçi Asif Həsənov) də vardır. Qaliblərə Nazirliyin diplomları təqdim edilib.


GƏNCƏ ŞAHMATÇILARI "FƏCR" ŞAHMAT TURNİRİNDƏ

Fevralın 5-də İran İslam Respublikasında şahmat üzrə ənənəvi "Fəcr" turniri start götürmüşdür. Turnirdə bir neçə ölkənin, o cümlədən Azərbaycanın gənc şahmatçıları mükafat uğrunda mübarizə aparırlar. Yarışda Gəncə Şahmat məktəbinin yetirmələri 12 yaşa qədər yeniyetmələr arasında Azərbaycan çempionu Vüqar Rəsulov və Ayaz Məmmədov öz ustalıqlarını nümayiş etdirirlər. Turnir fevral ayının ortalarında başa çatacaq.


GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ KÜTLƏVİ QAÇIŞ

Gəncə şəhər Gənclər, İdman və Turizm baş idarəsi Gənclər Günü münasibəti ilə silsilə tədbirlər keçirmişdir. Tədbirlərin açılışı gənc idmançıların kütləvi qaçışı ilə başlamışdır. "Toxuculuq" mədəniyyət sarayının yanından start götürən Şah İmayıl Xətai prospekti ilə 1,5 km məsafəni qət edən idmançılar "Azadlıq" meydanında finiş xəttini keçdilər. Birinci UGİM-1 numayəndəsi Elman Həsənov oldu.


"GƏNCƏBASAR"ın UĞURLU GƏNCLİK DEBÜTU

Ölkəmizin istedadlı gəncləri Respublika Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. Mükafatlar bir neçə nominasiyalar üzrə, o cümlədən 2003-cü ilin ən yaxşı gənc bəstəkarı, istedadlı rəssamı, layiqli rejissoru, çox nailiyyətli idmançısı, səmərəli turizm işçisi və sair sahələr üzrə təqdim olunub. Keçirilən tədbirdə "Gəncəbasar" qəzetinin jurnalisti Orxan Gəncəsoy jurnalistika sahəsində qazandığı uğurlara görə "İlin ən yaxşı uğurlu debütü" Fəxri Fərmanına və Nazirliyin müvafiq Şəhadətnaməsinə layiq görüldü.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[