HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#43. 23-29 oktyabr 2004

RAMİL USUBOV GƏNCƏDƏ OLDU
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili Qoşunların Gəncədəki N saylı hərbi hissəsinə "Döyüş Bayrağı"nın təqdim edilməsi ilə əlaqədar fərman imzalayıb. Bu münasibətlə oktyabrın 21–də Gəncədə olan Daxili İşlər naziri general-polkovnik Ramil Usubov təqdimat mərasimində iştirak edib. Öncə DİN rəhbəri hərbi texnikaya və silah-sursata baxış keçirdi. R. Usubov fəxri tribunadan əsgər, zabit və gizirləri salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Azərbaycan Respublikası Prezidentinin fərmanı oxundu və R. Usubov "Döyüş bayrağı"nı hərbi hissə rəhbərinə təqdim etdi. Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəxsi heyəti salamladı və "Döyüş bayrağı" almaları münasibətilə təbrik etdi. Nümunəvi xidmətə görə, daxili qoşunların şəxsi heyətinə minnətdarlıq etdi. R. Usubov çıxışında bu günün hərbi hissə üçün əlamətdar olduğunu vurğuladı. Qeyd etdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması mərhum prezidentimiz Heydər Əliyevin sayəsində mümkün olub. Daxili işlər orqanlarının müasir silah və texniki vasitələrə malik olduğunu diqqətə çatdırdı. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunu davam etdirdiyini, daxili qoşunların və daxili işlər orqanlarının sosial müdafiəsinin artırılması üçün bir sıra fərmanlar imzaladığını ifadə etdi: "Səfər öncəsi Ali Baş Komandan İlham Əliyevlə görüşdüm. Prezident təbriklərini sizə çatdırmağı tapşırıb", deyən R. Usubov, həmçinin daxili qoşunlar və daxili işlər orqanlarına daim diqqət yetirdiyinə görə, E. Əzizova da təşəkkür etdi. R. Usubov şəxsi heyətə həmişə dövlətə və dövlətçiliyə, vətənə sədaqətlə xidmət etməyi arzuladı: "İnanıram ki, daxili işlər orqanları və daxili qoşunlar əmin-amanlığın keşiyində sayğı ilə dayanacaq".
Şəxsi heyətin nümunəvi çıxışından sonra alay təntənəli marşın sədaları altında fəxri keçid etdi. Sonra DİN rəhbəri yeni əsgər kazarması binasının açılışında iştirak etdi. Əsgərlərlə birgə nahar edən R. Usubovun bununla da Gəncəyə qısa müddətli səfəri başa çatdı.

GƏNCƏDƏ BƏLƏDİYYƏ BÜDCƏSİ NECƏ FORMALAŞIR?
Bu gün Gəncənin hər bir bələdiyyəsi üçün konkret gəlir mənbələri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi, torpaq icarə haqqı və avtomobil dayanacaqlarından toplanan vəsaitlərdir. Bunun nəticəsidir ki, Gəncədə mövcud 3 bələdiyyənin 2002–ci ildə büdcə gəliri 1,2 milyard manat, 2003–cü ildə isə 0,52 milyard manat olub. Bununla müqayisədə Sumqayıt şəhərinin 3 bələdiyyəsinin cəmi gəliri 2002–ci ildə 1,6 milyard manat, 2003–cü ildə 1, 496 milyard manat təşkil edib. Bu müqayisədən sonra əlavə şərhə ehtiyac yoxdur. Sözsüz ki, səsləndirilən problemi təkcə Gəncə özünüidarəetmə qurumlarının fəaliyyətsizliyi kimi qələmə vermək yanlışlıq olar. Əsas səbəb hüquqi bazanın yaradılmaması, ən əsası icra strukturlarının bələdiyyələrə yuxarıdan aşağı, başqa sözlə, kiçik bir icma gözü ilə baxmasıdır.

MAESTRONUN NÖVBƏTİ UĞURU
Bu günlərdə ABŞ-da çıxan "Strateqems" şahmat jurnalının redaksiyasından Gəncə Şahmat Məktəbin direktoru SALMAN CAVADZADƏYƏ XOŞ XƏBƏR GƏLİB. Redaksiyadan ona bildiriblər ki, ONUN ÜÇ GEDİŞLİ ŞAHMAT MƏSƏLƏSİ XÜSUSİ MÜKAFATA LAYİQ GÖRÜLÜB.
Salman Cavadzadə respublikada tanınmış şahmat bəstəkarıdır. O, yüzlərlə məsələlərin müəllifidir. Onların ən yaxşıları dünyanın bir çox nüfuzlu şahmat jurnallarında çap olunub və yüksək qiymət alıblar. Salman müəllim bir neçə dəfə respublika birinciliyinin qalibi və mükafatçısı, respublika yığma komandasının üzvü, dünya çempionatının iştirakçısıdır. Salman müəllimin dediyinə görə, tək bu ildə onun işləyib hazırladığı şahmat məsələləri "Strateqems" (ABŞ), "Di Şvalbe" (Almaniya), "Şaxova skladbe" (Çexiya), "İdei i formı" (İsveçrə), "Best problems" (İtaliya) jurnallarında çap olunub.
Hal-hazırda o, Azərbaycan birinciliyinə hazırlaşır. Salman müəllim altı nominasiyadan dördündə (2, 3, çoxgedişli və kooperativ mat) iştirak edəcək.
Həmyerlimizə uğurlar arzulayırıq.

ŞAHMAT ÜZRƏ RESPUBLİKA TURNİRİ
Oktyabrın 11–dən 16–a kimi Gəncə Şahmat Məktəbində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 863–cü ildönümü münasibəti ilə yeniyetmələr arasında şahmat üzrə respublika turniri keçirildi. Turnirdə ölkənin 60–a yaxın idmançısı mükafatlar uğrunda mübarizə aparırdı. Oğlanlar arasında ümumi hesabda iki şahmatçı Nicat Ağayev (Gəncə) və Şəhriyar Rəhmanov (Quba) 7,5 xalla birinci-ikinci yerləri bölüşdürüblər. Amma əmsala görə, birinci mükafata Gəncə məktəblisi layiq görüldü. Üçüncü yerə yevlaxlı Fariz Əhmədov çıxdı.
Qızlar arasında şəmkirli Türkan Həsənova 6 xalla birinci mükafata layiq görüldü. İkinci-üçüncü yerlərə Gülnar Məmmədova (Əli Bayramlı) və Aytən Ağayeva (Gəncə) çıxıblar.
Turnirin təşkilatçıları 10, 12, 14 və 16 yaşlı şahmatçılar arasında da qalibləri və mükafatçıları müəyyən ediblər.
10 yaşlı: Səbinə İbrahimova (Gəncə) və Cavid Şirinli (Tovuz)
12 yaşlı: Gülşən Ağayeva (Gəncə) və Ayaz Məmmədov (Gəncə)
14 yaşlı: Hökümə Zeynalova (Tovuz) və Rəşad Həsənov (Sumqayıt)
16 yaşlı: Beyrək Rəhimov (Sumqayıt)
Turnirin təntənəli bağlanışı "Kür-Xəzər" əyləncə mərkəzində keçirildi. Baş hakim Şaiq Quliyev və başqaları fərqlənmiş şahmatçılara medal, hədiyyə, diplom və pul mükafatı təqdim etdilər.
Onu da qeyd edək ki, "Kür-Xəzər" xeyriyyə cəmiyyəti gənc idmançılara şirniyyat süfrəsi təşkil etmişdi.
Yarış yüksək səviyyədə keçib və bu işdə gənc referi Şaiq Quliyevin böyük əməyi olub.

KARATE-DO ÜZRƏ AVROPA ÇEMPİONU
Bu günlərdə Odessada karate-do üzrə Avropa çempionatı başa çatdı. Tatami üzərində qitənin 20 ölkəsinin, o cümlədən Azərbaycanın idmançıları medallar uğrunda mübarizə aparırdı.
Gəncə karate məktəbinin yetirmələri dinamoçular Fuad Allahyerdiyev və Arif Məmmədov respublika yığma komandasının tərkibində çıxış ediblər.
Gənc və təcrübəli məşqçi Əziz Əzizovun yetirməsi Fuad Allahverdiyev 75 kq-dan yuxarı çəki dərəcəsində Almaniya, İngiltərə, Rusiya, Ukrayna və İtaliya idmançıları qalib gələlərək çempionatın qızıl medalına layiq görülüb.
Fuad öz həmyerlisi Arif Məmmədovla komanda yarışında bürünc medalla təltif olunublar.
Bu günlərdə Fuad Allahverdiyev təlim-məşq toplanışında iştirak etmək üçün Bakıya yollanıb. O, yoldaşları ilə birlikdə noyabrın birinci ongünlüyündə Meksikada keçiriləcək dünya çempionatına hazırlaşır.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[