HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#36. 04 -10 sentyabr 2004

EKOLOJI FƏALİYYƏT PROGRAMI HAZIRLANIR

Gəncə Regional Ekoloji Mərkəzin (REM) ötən həftə keçirilən növbəti tədbiri şəhər üçün aktual olan ekoloji problemlərin müəyyənləşdirilməsinə həsr edilmişdi. Çıxış edən REM-nin layihə koordinatoru İrşad Abbasov görüşün məqsədini belə açıqlamışdı: "Bu gün həmin problemləri saymaqla qurtarmaq çətindir. Əsas məsələ odur ki, sizlərin iştirakı ilə aktual problemləri, onları doğuran səbəbləri, törətdiyi fəsadları və həlli üçün prioritet istiqamətləri müəyyənləşdirək". İki saata yaxın davam edən müzakirələr nəticəsində müəyyən olundu ki, şəhərimizdə yaranmış ən ağrılı ekoloji problemlər bunlardır. Şəhərin gigiyena və sanitariya qaydalarının münasib tələblərə heç cür cavab verməməsi; ağır sənaye sahələri tullantılarının atmosferi çirkləndirməsi; ekoloji maarifləndirmənin zəif aparılması; mövcud yaşıllıqların məhvi, yenilərinin salınmaması. Sonra yuxarıda sadalanan problemlər əsasında "Problemlər və məqsədlər ağacı" quruldu. Həmin sxemə onları doğuran səbəblər və törətdikləri fəsadlar əlavə edildi. İ. Abbasov qeyd etdi ki, ilin sonuna qədər bunun əsasında, şəhərin ətraf mühitinin mühafizəsi ilə bağlı fəaliyyət proqramı tərtib olunmaqla, Qafqaz üzrə Regional Ekoloji Mərkəzə təqdim olunacaq. Bundan sonra ayrılan vəsait hesabına həmin ekoloji problemlərin həllinə başlanılacaq.

REGİONLARDA RABİTƏ XİDMƏTLƏRİNƏ DƏYİŞİKLƏR EDİLDİ

2004-cü il sentyabr ayının 1-dən bəzi rabitə xidməti tariflərinə dəyişikliklər olundu. Gəncə şəhəri mərkəzi Poçt İdarəsinin rəis müavini Zahir Səfərovun verdiyi məlumata görə, müəyyənləşdirilmiş dəyişikliklər əsasən beynəlxalq danışıq haqlarında əksini tapacaq: "AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi paytaxta nisbətən regionlarımızda əhalinin həyat səviyyəsinin aşağı olduğunu nəzərə alaraq, beynəlxalq danışıq qiymətlərinin, təxminən 1,5 dəfə endirilməsi haqqında qərar qəbul edib. Belə ki, MDB və Baltikyanı ölkələrinə danışıq haqqı 2 700 manatdan 1 800, İran, Türkiyəyə 5 400 manatdan - 3 600, Avropa ölkələrinə 5400 manatdan - 4500, Amerika və digər ölkələrə 9 000 - 5400 manata qədər azaldıldı". Z. Səfərov onu da əlavə etdi ki, yuxarıda sadalanan qiymət endirimləri Bakı və Sumqayıt şəhərləri istisna olmaqla qalan başqa şəhər və rayonlarda keçərlidir. Poçt tariflərində nəzərdə tutulan digər bir dəyişiklik pul və baratların göndərilməsi ilə bağlıdır. Müsahibimizin sözlərinə görə, indiyə qədər əsasən banklar vasitəsi ilə edilən göndərişlər sentyabr ayının 15-dən tamamilə poçt idarələri ilə həyata keçiriləcək.

İTKİN DÜŞMÜŞ ƏSGƏRLƏRİN AİLƏLƏRİ İLƏ GÖRÜŞ

Avqustun 30-da "Helsinki Vətəndaş Assambleyası"nın (HVA) Gəncə ofisində Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin ailələri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan HVA-nın Gəncə filialının sədri Akifə Əliyeva iştirakçıları əvvəlcə 1992-1994-cü illərdə itkin düşmüşlərin siyahısı və fotoşəkilləri ilə tanış etdi. Bildirdi ki, rəsmi statistikaya əsasən, Qarabağ müharibəsi zamanı 4812 nəfər itkin düşüb. Sonra o, Azərbaycan Respublikasının qanunvericiliyinə görə yalnız beş ildən sonra itkin düşənlərə şəhidlik statusunun verilməsi məsələsindən də söhbət açdı. Bildirdi ki, bu qanun onların ailələri arasında böyük narahatlıq doğurur. İtkin düşmüş əsgərlərin ailələrinin nümayəndələri də danışaraq, öz növbələrində HVA-ya təşəkkürlərini bildirdilər və qeyd etdilər ki, bu günə kimi hələ də əzizlərinin sağ qalmalarına inamları itməyib. Akifə xanım bildirdi ki, bu məqsədlə onlar "Azadlıq" radiostansiyası vasitəsilə əhaliyə müraciət ediblər: "Ümid edirik ki, bəlkə bu haqda nəsə məlumatları olan tapılar. Ola bilər ki, onlar hardasa həlak olublar, qəbirlərinin yerini bilən tapılar. Biz hesab edirik ki, atılan hər bir addım cavabsız qalmayacaqdır". Sonda tədbir iştirakçılarının təşəbbüsü ilə prezident İ. Əliyevə müraciət imzalandı.

MÜƏLLİMLƏRİN AVQUST KONFRANSİ

Respublikamızın bütün şəhər və rayonlarında təhsil işçilərinin ənənəvi avqust konfransı Gəncədə də keçirildi. Təhsil nazirinin müavini İradə Hüseynovanın təşrif buyurduğu tədbirdə 450 nümayəndə iştirak edirdi. Konfransın gündəliyinə 2003-2004-cü dərs ilinin yekunu və qarşıda duran vəzifələr daxil edilmişdi. Öncə məruzə edən şəhər Təhsil İdarəsinin rəisi Cəlal Fətullayev ötən ilki göstəricilərdən və il ərzində görülən işlərdən danışdı. Belə ki, şəhərimizin bütün təhsil müəssisələri üzrə 48261 şagirdin təlim-tərbiyəsi ilə 4883 müəllim məşğul olub. Ümumtəhsil məktəblərini bitirən 3468 məzundan 2750 nəfəri ali məktəblərə sənəd vermiş və yalnız onların 30-35 faizi tələbə adına layiq görülmüşdür. C. Fətullayevin sözlərinə görə, 25 nəfər abituriyent 600-dən yüksək bal toplayaraq indiyə qədər əldə olunmayan ən yüksək nəticəyə imza atıblar. O, ümumtəhsil məktəbləri üzrə şagirdlər arasında vətənə məhəbbət hissinin aşılanması kimi spartakiada yarışlarının keçirildiyini qeyd etdi. Təhsil İdarəsinin rəisi bu il üç turda keçirilən şəhər, zona fənn olimpiadalarından da danışdı. Nəticə etibarı ilə respublika turuna qatılan 32 məktəblimizdən 9 nəfəri yüksək yerlər tutub.

"ƏYLƏN VƏ ÖYRƏN" MAARİFLƏNDİRMƏ PROQRAMI

IRD təşkilatı QİÇS xəstəliyinə daha çox gənclərin düçar olduğunu nəzərə alaraq, bu xəstəliyə dair maarifləndirmə məqsədilə onların toplaşdığı yerlərdə tədbirlər təşkil edir. Belə tədbirlərdən biri cavanların sevimli əyləncə yerlərindən olan diskotekada keçirildi. Sentyabrın 1-də ABŞ-ın İRD- Beynəlxalq Yardım və İnkişaf Təşkilatı İİV/ QİÇS üzrə Maarifləndirmə proqramı çərçivəsində "Əylən və öyrən" adı altında gənclər üçün diskoteka təşkil etmişdir. Gəncə şəhər Zabitlər Evində yerləşən "Maksi-Klub" diskotekasında keçirilən tədbirə 80-ə yaxın gənc toplaşmışdı. Onların arasında jurnalistlər, yerli QHT nümayəndələri və İRD-nin könüllü təlimçiləri var idi. Diskotekada milli və xarici musiqi sədaları altında bolluca rəqs edən cavanlar, həmçinin QİÇS- Qazanılmış İmmun Çatışmazlığı Sindromu haqda ətraflı məlumat aldılar. Birlikdə QİÇS-ə "Yox" dedilər. Bu xəstəlikdən dünyasını dəyişən 30 milyona yaxın insanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir olduqca şən keçdi. Burada Gəncə repçilərinin ifasında səslənən "Güc birlikdədir", "Zəhərli həyat" musiqi nömrələri də iştirakçılar tərəfindən maraqla dinlənildi. Sonra yaxşı rəqs edənlər arasında müsabiqə keçirildi və qaliblərə hədiyyələr təqdim olundu. Bu diskotekanı başqalarından fərqləndirən cəhətlərdən biri o idi ki, burada nə siqaret çəkilir, nə də spirtli içkilər verilirdi. İRD təşkilatının nümayəndələri iştirakçıların razılığını aldıqdan sonra yaxın zamanlarda daha bir diskoteka təşkil edəcəklərimi bəyan etdilər.

"TELEKOM"UN NÜVBƏTİ QƏLƏBƏSİ

Avqustun axırında Bakıda yeniyetmələr arasında basketbol üzrə "Yay kuboku" uğrunda respublika turniri keçirilib. Yarışda Bakının altı komandası ilə yanaşı Gəncə və Abşeronun basketbolçuları da öz gücünü sınayıb. Gəncənin "Telekom" komandası Bakının Nərimanov rayonu və Azərbaycan Beynəlxalq Universitetinin komandalarını udaraq, finalda Abşeron rayonunun basketbolçuları ilə görüşüb. Oyun gəncəlilərin tam üstünlüyü ilə keçib və 64:31 hesabı ilə onların xeyrinə qurtarıb. Komandanın baş məşqçisi Elçin Süleymanovun sözlərinə görə, idmançılarımızdan Mikayıl Xəlilov, Nadir Babazadə, Aqil Rəcəbzadə və Amil Həmzəyev yaxşı oyun göstəriblər. Qarşıda "Telekom"u beynəlxalq turnir gözləyir: komanda oktyabrda Tbilisidə keçiriləcək turnirə dəvət edilib.

ŞAHMAT ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI START GÖTÜRDÜ

Sentyabrın 5-də Bakıda qadınlar və kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı start götürüb. Qələbə uğrunda respublikanın ən güclü şahmatçıları mübarizə aparır. Yarışda Gəncə şəhərini üç idmançı təmsil edir - Nərgiz Məmmədova, Aytən Ağayeva və Nicat Ağayev. Onların arasında ən təcrübəlisi Nərgiz Məmmədovadır. O, idman karyerasında bir neçə dəfə Azərbaycan çempionu adına (qızlar arasında) layiq görülüb, iki dəfə qadınlar arasında respublika birinciliyinin bürünc mükafatçısı olub, dəfələrlə qızlar və qadınlar arasında dünya və Avropa birinciliyində Azərbaycanı təmsil edib. Onun beynəlxalq yarışlarda ən yaxşı bu günədək qazandığı ən böyük uğur 20 yaşlı qızlar arasında Avropa birinciliyində dördüncü yeri tutması olub. Qeyd edək ki, yarışın nəticəsinə görə, respublikamızın yığma komandaları (qadın və kişi) təşkil olunacaq və yığmamız həmin heyətlə bu il İspaniyada keçiriləcək Ümumdünya olimpiadasında çıxış edəcək.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[