HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#25. 19 - 25 iyun 2004

PREZİDENTİN GƏNCƏ SƏFƏRİ

İyunun 15-də Gürcüstana rəsmi səfərindən geri dönən prezident respublikamızın Qərb rayonlarına baş çəkdi. Öncə Qazax, Ağstafa, Tovuz və Şəmkirdə bir sıra görüşlər keçirdi. Yaxın günlərdə fəaliyyətə başlayacaq bir sıra müəssisələrdə tamamlanma işləri ilə tanış oldu. Həmin axşam İ. Əliyev Şəmkir rayonundan Gəncəyə gəldi. Ertəsi günü prezident Nizami məqbərəsini, sonra isə İmamzadəni ziyarət etdi. Oradan Gəncə şəhər "Şərab-2" Açıq Tipli Səhmdar Cəmiyyətinə yollandı. Müəssisədə işçilərlə görüş keçirən İlham Əliyev istehsal prosesi ilə də tanış oldu. Sonra prezident korteji Gəncənin mərkəzinə tərəf istiqamət aldı.
Qeyd edək ki, İlham Əliyev, Cavad xanın qəbrini ziyarət edən ilk prezident oldu. O, prezident seçkiləri ərəfəsində Gəncəyə səfər edərkən də qəbri ziyarət etmişdi.
Ölkə rəhbəri istirahət parkından "N" saylı hərbi hissəyə yola düşdü. Orada şəxsi heyət və texnika ilə tanış oldu. Hərbi hissədən icra aparatına gələn prezidentə şəhərdə ucaldılan çoxmərtəbəli binalar və bu yaxınlarda Cavad xana tikiləcək məqbərənin layihəsi haqda da məlumat verildi. Ölkə başçısı İlham Əliyevin Gəncəyə səfəri zamanı son görüşü Gəncə Hava Limanında oldu. Axşam saat 18 radələrində aeroporta gələn prezidenti "Azərbaycan Hava Yolları" ("AZAL") Dövlət Konserninin rəhbəri Cahangir Əsgərov qarşıladı. Xatırladaq ki, C. Əsgərov iyunun 15-də axşam saat 22:30 radələrində Gəncə Hava Limanında olmuş və yeni tikiləcək hava limanının layihələri ilə tanış olmuşdur. Hava limanı ilə ümumi tanışlıqdan razılığını bildirən İ. Əliyev Gəncə aeroportunun mövcud təmirinin qənaətbəxş olduğunu bildirib. Sonra "AZAL"ın prezidenti C. Əsgərov Gəncə Hava Limanının yeni tikiləcək binasının və enmə-qalxma zolağının maket və sxemləri ilə ölkə başçısını tanış etdi. Təklif olunan 6 layihədən biri - arxitektur quruluşu və xarici görünüşü daha müasir olanı seçildi. İ. Əliyev bu seçimdən razı qaldığını bildirdi. Gəncənin Respublikamız üçün strateji əhəmiyyət daşıdığını vurğulayan ölkə rəhbəri Gəncə hava limanının günün tələblərinə cavab verəcək şəkildə tikilməsinin vacib olduğunu qeyd etdi. Prezident Hava Limanının deputat otağı ilə də tanış oldu. İ. Əliyev ümumilikdə aeroportun onda müsbət təəssürat yaratdığını bildirdi. Bununla ölkə prezidenti Gəncəyə olan səfərini başa vuraraq onun üçün ayrılmış xüsusi təyyarə ilə Bakıya yola düşdü.


GƏNCƏ JURNALİSTLƏRİNİN HƏMKARLAR İTTİFAQLARI BİRLİYİ YARADILACAQ

Azərbaycan Jurnalistlər Konfederasiyasının dəstəyi ilə iyunun 11-də "Gəncə" mehmanxanasında Beynəlxalq Peşə Həmrəyliyi Mərkəzinin Ukrayna ofisinin rəhbəri Robert Kildinq və həmin təşkilatın ABŞ üzrə nümayəndəsi Toni Fimerman "Gəncəbasar" qəzetinin bir qrup jurnalisti ilə görüşdülər. Görüşün məqsədi ilə bağlı qonaqlar bu fikirləri səsləndirdilər: " Sizin regionda kifayət qədər jurnalist potensialı olduğunu hiss edirik. Biz onların gücündən maksimum yararlanaraq yerli həmkarlar İttifaqları birliyinin, həmçinin jurnalist həmkarlar təşkilatının yaradılmasının vacib olduğunu bildirmək istəyirik. Bu sahədə Azərbaycan Jurnalistlər Konfederasiyasının işini xüsusilə qeyd etmək lazımdır. Bu məqsədlə Gəncədə ofis açmaq, gündəlik seminar-treninq keçirməyi planlaşdırırıq". Həmçinin qonaqlar mövcud vəziyyəti öyrənmək məqsədilə dövlət və qeyri-dövlət sektorunda çalışan həmkarlar ittifaqının nümayəndələri ilə görüşdüklərini də bildirdilər. Onlar bu qurumların fəaliyyətini qeyri-qənaətbəxş hesab etdiklərini dilə gətirdilər: "Bu təşkilatlarda çalışanların xüsusi maşınları, hətta sürücüləri vardır. Əksəriyyəti bu vəziyyətə məmurların mənafeyini güdməklə çatdıqları halda onlar sadə işçilərin tərəfini necə saxlaya bilərlər?" Qonaqlar bir fikri də vurğuladılar ki, aparılan görüşlər zamanı (istər dövlət, istərsə də qeyri-dövlət sektorunda) məlum olub ki, bir çoxları həmkarlar ittifaqının nəyə xidmət etdiklərini belə bilmirlər.


İDMAN: ŞAHMAT, SƏRBƏST GÜLƏŞ, SAMBO.
ŞAHMAT

İyunun 3-dən 14-nə kimi Bakıda Respublika Şahmat Mərkəzində 10, 12 yaşlı qızlar və oğlanlar arasında şahmat üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Yarışda Gəncə şəhər Şahmat Məktəbinin bir qrup idmançısı da öz gücünü sınayıb. Onlardan 3 şahmatçı gərgin mübarizədən sonra mükafatçılar sırasında öz yerlərini tutub. 10 yaşlı qızlar arasında ilk dəfə belə yarışda çıxış edən Ülviyə Fətəliyeva 8 xalla ikinci yerə çıxıb. 12 yaşlı şahmatçılar arasında da gəncəlilər uğurla yarışıblar. Qızlar arasında 7 xalla Gülşən Ağayeva ikinci, oğlanlar arasında Ayaz Məmmədov 6 xal yığaraq ikinci olub. Hər üç şahmatçı Türkiyədə keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb.

SƏRBƏST GÜLƏŞ

Bakıda Məştağa Olimpiya İdman Kompleksində gənclər arasında sərbəst güləş üzrə respublika birinciliyi başa çatdı. Respublikanın şəhər və rayonlarından gəlmiş 200-ə yaxın gənc pəhləvan öz ustalığı göstərib. Gəncə idmançıları yarışda uğurla çıxış edərək iki qızıl və iki gümüş medal qazanıblar. Vüsal Həsənov (57 kq) və Mehman İmanquliyev (84 kq) bütün görüşlərdə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. Qeyd edək ki, Mehman ikinci il dalbadal fərqlənir. Vüqar Qarayev (74 kq) və Ramin Kazımov (120 kq) yalnız final görüşlərdə uduzaraq ikinci olublar.

SAMBO

Bu günlərdə Çexiyanın paytaxtı Praqada sambo üzrə Dünya Kuboku uğrunda yarış keçiriləcək. Azərbaycan yığma komandasının tərkibində Gəncənin sambo məktəbinin yetirməsi, dünya və Avropa çempionu və mükafatçı Hakim Nəzərəliyev (57 kq) çıxış edəcək. Azarkeşlər Hakimə bu yarışda uğurlu çıxış arzulayırlar.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[