HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#22. 29 may - 4 iyun 2004

28 MAY RESPUBLİKA GÜNÜ QEYD OLUNDU

28 May Respublika günü münasibəti ilə şəhərimizin bir çox yerlərində, o cümlədən Gəncə Dövlət Universitetində tədbir keçirildi. Dövlət Himninin sədaları altında başlayan bu tədbir universitetin tarix fakültəsinin təşəbbüsü ilə təşkil olunmuşdu. Universitetin rektoru Mübariz Yusifov Demokratik Cümhuriyyətin yaradılması, onun məqsəd və məramlarından söhbət açdı. Həmçinin o, cümhuriyyətin devrilməsi səbəblərini də izah etdi: "O zaman dövləti idarə edən şəxslər yüksək təhsilli elit təbəqənin nümayəndələri idi. Cümhuriyyətin süqutunu onların dövlətçilik bacarığına malik olmamaları ilə əlaqələndirmək olar. Dövlətçiliyimizi o zaman məhv edən, ilk növbədə ölkədaxili çaxnaşmalar və mütəşəkkilliyin olmaması idi. Lakin bununla belə dövlətçilik ənənələrini qoruyub saxlayaraq, yenidən müstəqilliyimizi bərpa etdik". Sonra çıxış edən tarix kafedrasının müdiri Cəmil Babayev qeyd etdi ki, uzun illər tariximiz saxtalaşdırılıb, milli dövlətçiliyimizə qara yaxılıb. O, bildirdi ki, yaradılmış respublika tam demokratik prinsiplər əsasında qurulmuşdu. Dövlət parlamentində azərbaycanlılarla yanaşı bir çox xalqların (yəhudilər, ermənilər, gürcülər, ruslar və s.) təmsil olunması buna bariz misaldır. Tədbir zamanı digər çıxış edənlər Şərqdə ilk demokratik cümhuriyyətin tariximizdəki rolundan söhbət açdılar. Universitetin tələbəsi Gülnur Abbasova cümhuriyyət tarixinin Gəncə ilə bağlılığı barədə danışdı. Görüşdə bir fikir xüsusi vurğulandı ki, o dövləti babalarımız, bu günkünü isə biz yaratmışıq. İndi bütün gücümüzlə yüksələn bayrağımızın bir daha enməməsinə çalışmalıyıq. Tədbirin rəsmi hissəsi bitdikdən sonra tələbələr maraqlı konsert proqramı ilə çıxış etdilər.


"XƏBƏR+" BİR AY EFİRƏ ÇIXMAYACAQ

Artıq bir neçə gündür ki, yerli Alternativ telekanalı vasitəsilə yayımlanan "Xəbər+" informasiya proqramı efirə çıxmır. "Verilişin dayandırılması təşəbbüsü telekanalın rəhbərliyi tərəfindən irəli sürülüb və onlar bunu texniki səbəblərlə bağlayırlar" - deyə proqramın redaktoru M. Nik-Nəcat bizə bildirdi. Alternativ telekanalının direktoru R. Quliyevin sözlərinə görə, müəyyən işlərin görülməsi ilə bağlı veriliş müvəqqəti olaraq dayandırılıb və yaxın günlərdə öz fəaliyyətini bərpa edəcək. Məlumat üçün bildirək ki, 2002-ci ilin aprel ayından Alternativ telekanalında efirə çıxan "Xəbər+" informasiya proqramı İnternyus-Netvork Beynəlxalq Humanitar Təşkilatının layihəsi əsasında həyata keçirilirdi.


İSRAFİL MƏMMƏDOV ANILACAQ

May ayının 30-u Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun doğum günüdür. İ. Məmmədovun 85 illik yubileyi münasibətilə Gəncə şəhər Veteranlar Şurası tədbir keçirəcək. Bu haqda təşkilatın sədri Y. Yusifov məlumat verib. Anma mərasimi Veteranlar Şurasında başlanacaq, sonra İ. Məmmədovun məzarı ziyarət olunacaq.


REM-in REGİONAL TRENİNQLƏRİ

May ayının 21-də Qafqaz üzrə Regional Ekoloji Mərkəz-REM-in (REC Caucasus) Gəncə ofisinin növbəti tədbiri keçirildi. Xatırladaq ki, REM-in Gəncə ofisi 2004-cü ilin mart ayında təsis olunub. Bu Beynəlxalq təşkilatın Zaqafqaziya respublikalarına daxil olan ayrı-ayrı şəhər və rayonlarında 2003-cü ilin mart ayından "Ətraf mühitin mühafizəsinin yerli fəaliyyət planına dair" elan etdiyi layihə müsabiqəsində qalib gələn 3 şəhərdən biri Gəncə olub. Artıq layihə çərçivəsində şəhərin bu gün üçün aktual ekoloji problemlərin müəyyənləşdirilməsi və onların həlli yolları istiqamətində müəyyən işlərə başlanıb. Öncə ekoloji problemləri müəyyənləşdirəcək yerli ekspertlər və trenerlər qrupu formalaşdırılıb. Onlar Tbilisi şəhərində təşkil olunan müxtəlif treninqlərdə iştirak ediblər. Nizami bələdiyyəsinin akt zalında keçirilən içtimaiyyətlə əlaqəli işçi qrupların formalaşmasına və ekspertlərin Tbilisi təəssüratlarına həsr olan bu tədbirə Gəncənin ayrı-ayrı idarə və müəssisə rəhbərləri, yerli sahibkar-fermerlər, QHT və KİV nümayəndələri dəvət olunmuşdu. Qafqaz üzrə REM-in Dövlət Təşəbbüslər Proqramının rəhbəri Mətləb Həsənov toplantını açıq elan edərək, bir daha həyati əhəmiyyətli bu layihə müsabiqəsində Gəncə şəhərinin qələbə çalması münasibəti ilə iştirakçıları təbrik etdi. O, Tbilisidə keçirilən görüş və seminarlarda Gəncə nümayəndə heyətinin uğurla çıxış etdiyini xüsusi olaraq qeyd etdi. Sonra M. Həsənov əsas məsələyə gələrək, layihə çərçivəsində bundan son görüləcək işlərin ardıcıl həyata keçirilməsi üçün işçi qrupların yaradılmasının vacibliyini vurğuladı: "İstəyirik ki, bu qruplar şəhərin bütün təbəqələrinin nümayəndələrini əhatə etsin. Çünki onlar əhali ilə daha yaxından ünsiyyətdə olur, ekoloji problemləri aydın görə bilirlər. Belə olan halda Gəncənin vacib ekoloji problemlərini dəqiq sadalamaq asan olur. İşçi qruplarının müxtəlifliyinin səsləndirdiyi fikirlər üzərində, onların müzakirəsi ilə ümumiləşdirmələr aparmaq daha zəruridir. Bu həm də prioritet istiqamətlərin tezliklə aşkarlanmasında da öz əhəmiyyətli töhfələrini verə bilər". Sonra tədbir iştirakçılarının təklifləri və razılığı ilə İcra Hakimiyyəti, bələdiyyələr, orta və ali məktəblər, səhiyyə, sahibkar-fermer, QHT, ayrı-ayrı müəssisələr və KİV-dən ibarət 25 nəfər işçi qrupu formalaşdı. Mayın 22-23-ü tarixlərində isə "Elnur" restoranında yeni təşkil olunan işçi qruplarının seminarları keçirildi. Birinci iş günü ayrı-ayrı trenerlər tərəfindən yerli ekoloji və strateji planlaşdırma, ətraf mühitin ilkin vəziyyəti "Hipotetik" şəhər timsalında, problemlər, məqsədlər ağacının qurulması, problemlərin identifikasiyası (qruplaşması) haqqında ətraflı məlumat verildi. Seminarın ikinci günündə isə fəaliyyət planlarının qurulması, yekun sənədin necə hazırlanması, tədbirlər paketi və prioritet fəaliyyət seçimi üçün meyarlar mövzusunda maraqlı məruzələr və müzakirələr aparıldı. Qeyd edək ki, işçi qrupların sonrakı 6 görüşü dekabrın sonlarına qədər keçiriləcək. Bu görüşlər Gəncənin müəyyənləşdirilmiş ekoloji problemlərinin təhlili və həlli yollarına həsr ediləcək. Sonda fəaliyyət istiqamətlərini göstərən yekun sənəd qəbul ediləcək.


İDMAN: ŞAHMAT, FUTBOL, BOKS, KİKBOKSİNQ.
ŞAHMAT

Gəncə Uşaq Şahmat Məktəbində Respublika gününə həsr olunmuş turnir başladı. Yarışda 120-ə yaxın gənc şahmatçı iki qrupda öz gücünü sınayır. Qaliblər və mükafatçılar İsvecrə sistemi üzrə müəyyən olunacaq. Hələlik isə, beş turdan sonra "A" qrupunda Kamil Kazımov, Oqtay Abbasov, Əfşar Mehdiyev, "B" qrupunda isə Ülviyyə Fətəliyeva, Mikayıl Mehdiyev və Məhəmməd İsmayılov irəlidə gedirlər. Yarış mayın 31-də başa çatacaq.

FUTBOL

Mayın 19-da "Dinamo" idman cəmiyyətinin Gəncə şurasının yay meydançasında yeniyetmələr arasında mini-futbol üzrə şəhər birinciliyi start götürdü. Respublika gününə həsr olunmuş bu yarışda 8 komanda qələbə uğrunda yarışırdı. Birinci mərhələdə futbolçular iki qrupda mübarizə aparıblar. Hər qrupdan yarımfinala iki komanda çıxdı: "Şəhadət" (1 saylı UGİM), "İntizar" (2 saylı UGİM), "Toxucu" və "Yeni Gəncə". Yarımfinalda "Toxucu", "Şəhadət"ə 6:2, "İntizar" komandası isə "Yeni Gəncə" futbolçularına 4:2 hesabı ilə qalib gələrək finala çıxdılar. Həlledici görüşdə meydançaya "Toxucu" və "İntizar" komandaları çıxacaq.

BOKS

Bu günlərdə Bakı şəhərində 1990-91-ci il təvəllüdlü boksçular arasında "Təhsil" Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirildi. Yarışda Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Neftçala, Astara, Xanlar, Cəlilabad, Göyçay və Biləsuvarın 184 idmançısı iştirak etdi. Gəncə boksçuları yaxşı çıxış edərək şəhərə qızıl, gümüş və bürünc medallarla qayıdıblar. Bütün görüşlərdə qalib gələrək çempion adına Novruzəli Əliyev, Elçin Məmmədov (hər ikisi - "Təhsil") və Əli Vəliyev ( 1 saylı UGİM) layiq görüldülər. Yalnız finalda uduzaraq Elmir Məmmədov, Elsevər İbrahimov (1 saylı UGİM), Zaur Katibli (Təhsil), Anar İbrahimov (2 saylı UGİM) və Kənan Rzayev (Təhsil) ikinci mükafatı almışlar. Qurban Fərəcov, Emin Orucov, Elçin Zamanov (hamısı - 1 saylı UGİM), Ənvər Hacıyev, Elmir Hacıyev (2 saylı UGİM) bürünc mükafatçı oldular. Qaliblər və mükafatçılar 18 çəki dərəcəsində müəyyən oldu.

KİKBOKSİNQ

Mayın 20-23-də Quba Olimpiya İdman Kompleksində 1990-91 və 1992-94-cü il təvəllüdlü yeniyetmələr arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib. Birincilikdə Bakı, Sumqayıt, Gəncə, Tər-Tər, Quba və başqa şəhər və rayonların kikboksçuları iştirak edib. Gərgin mübarizədən sonra qaliblər və mükafatçılar məlum oldu. Gəncə idmançılarından 9-u medal qazanıb. 1992-94-cü il təvəllüdlü idmançılar arasında 2 saylı UGİM-in yetirmələri Rəşid Sadıqov (33 kq) birinci, Vasif Vəliyev (31,5 kq) ikinci, Elnur Alıyev (24 kq) üçüncü yerlərə çıxıb. 1990-91-ci il təvəllüdlü idmançılar arasında "Çempion" idman klubunun yetirməsi Vasif Kazımov (33 kq) qızıl medala layiq görülüb. 2 saylı UGİM-in yetirmələri Tural Yusibov (36 kq), Qurban Qurbanov (42 kq), Vüsal Qəhrəmanov (45 kq), İlahəddin Məmmədov (48 kq) və İsmayıl İsmayılov (45 kq) bürünc mükafatçı olub. Birinciliyin ən gənc iştirakçısı Elnur Alıyev xüsusi mükafata layiq görülüb. Komandanı yarışa hazırlayan məşqçi İlqar Alıyev olub.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[