HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#18. 31 may - 06 iyun 2005

28 MAY- RESPUBLİKA GÜNÜ QEYD OLUNDU
28 May Azərbaycan Cümhuriyyətinin yaradılmasının 87-ci ildönümü ilə bağlı şəhərimizdə bir çox tədbirlər keçirildi. Bayram tədbiri Şəhər Gənclər, İdman, Türizm İdarəsinin təşəbbüsü ilə nümunəvi marafon yarışı ilə başlandı. 300-dən artıq gəncin Ş. İ. Xətai prospektindəki fəvvarənin qarşısından Gəncə mehmanxanasınadək olan məsafəyə qaçışı ilə başlandı. Müxtəlif yaş qruplarında mübarizədə ilk üçlüyü tutan gənclərə fəxri fərmanlar təqdim olundu. "N" saylı hərbi hissənin bir qrup əsgər və zabiti hərbi marş və sıravi addımlarla şəhər küçələrində yürüş etdilər. Qeyd edək ki, hərbçilərə əllərinqdə üçrəngli bayrağımızı tutan məktəblilər də qatılmışdı. Hərbi yürüş, 87 il əvvəl Cümhuriyyətin ilk iqamətgahı yerləşən binanın (AKTA-nın əsas korpusu) qarşısında başa çatdı. Xan bağında isə şəhər ictimaiyyətinin qatıldığı bayram konsertində "Göy göl" mahnı və rəqs ansamblının üzvləri maraqlı proqramla çıxış etdilər. Həmçinin əhalinin kütləvi şəkildə iştirakı ilə şəhər gəzintisi təşkil olundu. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Cümhuriyyətin yaradıcılarının barelyefləri önünə əklillər qoyuldu.

GƏNCƏ AVTOMOBİL ZAVODU MODELİ DƏYİŞƏCƏK
Rusiyanın daha bir avtomabil şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən Gəncə Avtomobil zavodunda UAZ markalı avtomobillərin 7 modelinin yığımı təşkil ediləcək. Müəssisənin direktoru Xanlar Fətiyev yaxın 2 aya yeni avtomobilin yığımına başlanılacağını bildirdi. Hələlik müqavilənin texniki tərəfləri dəqiqləşdirilir.
Qeyd edək ki, ötən ilin sonunda nəhayət ki, işə düşən zavodda hazırda Tatarıstanın Naberejnı-Çelnı şəhərinin kiçiklitrajlı Avtomobillər zavodunun OKA markalı maşınları buraxılır. Müəssisənin növbəti tərəfdaşı Ulyanovsk Avtomobil zavodudur. Yeni avtomobillərin yığımına başlamaq üçün zavodun eksperimental sexində texniki hazırlıq işləri gedir.
Müəssisə rəhbərinin sözlərinə görə, bu yaxınlarda bir qrup işçi təcrübə keçmək üçün Ulyanovsk zavoduna yola düşəcək. Daha sonra oradan da şəhərimizə mütəxəssislər dəvət olunacaq. Zavoda yeni işçilərin cəlb olunması da nəzərdə tutulub.
Gəncə Avtomobil zavodunda OKA avtomobillərindən fərqli olaraq UAZ markalı avtomobillərin əksər hissəsi yığılacaq. Belə ki, burada OKA maşınlarının detallarının yalnız 10-12 faizi yığılırdı.
X. Fətiyev Gəncədə istehsal olunacaq avtomobillərin qiymətinin Azərbaycana xaricdən gətirilənlərə nisbətən ucuz olacağını bildirdi:
"Razılaşmaya əsasən bu il zavodda 300, növbəti illərdə isə 1,5 dəfə çox UAZ markalı avtomobillərinin istehsalı nəzərdə tutulur. Lakin biz bu ildən müəssisədə yığılacaq avtomobillərin sayını 3 dəfəyədək artırmağı planlaşdırırıq. Zavodun marketinq şöbəsinin rəyinə əsasən təxminən 1000 maşın istehsalını və satışını reallaşdırmaq mümkündür. Lakin bizim danışıqlar tək yığma ilə qurtarmır. Zavodun mövcud texniki imkanları ilə burada bir çox ehtiyat hissələrini istehsal etmək mümkündür".
Gəncə Avtomobil zavodunda paralel olaraq Çinin 2 iri avtomobil şirkətləri ilə də danışıqlar aparılır. Müəssisə rəhbərliyi bu ilin sonuna kimi sözügedən şirkətlərdən biri ilə əməkdaşlıq birədə müqavilənin imzalanacağına ümid edir. Əgər bu baş tutsa zavodda Çin istehsalı olan avtomobillərin yığımına başlanılacaq.
Lakin qeyd etmək lazımdır ki, zavodun uğurları ilə yanaşı bir sıra problemləri də mövcuddur. Belə ki, zavodun ətrafında müəssisəyə məxsus olan torpaqların bir hissəsi bəzi vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt olunub. Burada yaşayış üçün evlər tikilir. Xanlar Fətiyevin sözlərinə görə, şəhər İcra Hakimiyyəti tərəfindən bu tikililərin qarşısını almaqda köməklik göstərilməsinə baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır. O, gələcəkdə həmin ərazilərdə binaların, idman kompleksinin və digər tikililərin aparılmasının nəzərdə tutulduğunu və bu qanunsuz tikililərin nə vaxtsa söküləcəyini bildirdi.

REYDLƏR DAVAM EDİR
Şəhər İcra Hakimiyyəti ilə Polis İdarəsi may ayının 25-dən 26-na keçən gecə nöbəti reyd keçirib. Bu dəfə reyd şəhərdə gecə fəaliyyət göstərən barların birində olub
Nizami rayon Polis şöbəsinin əməkdaşları və şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş reyd Əttarlar küçəsindəki "Tropikanka" gecə barında keçirilib. İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ramiz Mustafayevin dediyinə görə, ərazidə yaşayan sakinlər bir neçə dəfə bu obyekt haqqında şikayət edərək bildiriblər ki, barda gecə vaxtı gur musiqi səsləri, hay-küy və sərxoş insanların ətrafda yaratdıqları xoşagəlməz hallar onları narahat edir. Reyd də elə bu məqsədlə təşkil olunub. Onu da qeyd edək ki, gecə barında saxlanılan şəxslərin, demək olar ki, hamısı gənclər idi. Polis əməkdaşları bara əylənmək məqsədi ilə gələn oğlanların şəxsiyyətini müəyyən etdikdən sonra, onlar haqqında məlumatlar qeyd olundu. Qızlar isə Nizami rayon Polis Şöbəsinə gətirilərək dindiriliblər.
Ramiz Məmmədov isə barda saxlanılan qızlar haqqında tədbir görüləcəyini bildirdi və qeyd etdi ki, barın kimə məxsus olduğu məlum edildikdən sonra konkret addımlar atılacaq.
Nizami rayon Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədov isə Gəncənin bir neçə yerində bu kimi obyektlərin mövcud olduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, əgər həmin ərazilərdə yaşayan sakinlər narahatçılıqla bağlı şikayətlər edərlərsə, bu barlar haqqında da lazimi tədbirlər görüləcək.

ÜKSƏK DƏSTƏYƏ VƏSİQƏ
Mayın 15-dən 25-dək Bakıda şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının I dəstəsinin oyunları keçirilib. Respublikanın müxtəlif şəhər və rayonunu təmsil edən 20 şahmatçının mübarizəsində 2 Gəncə idmançısı: Nicat Ağayev və Ayaz Məmmədov da iştirak edirdi. Beynəlxalq qrossmeyster, FİDE ustası, ölkə çempionatlarının mükafatçılarının qatıldığı birincilikdə N. Ağayevin göstərdiyi nəticə daha uğurlu olub. O, 9 oyundan 6,5 xal toplayaraq I dəstəni ikinci pillədə başa vurub. I yeri isə 7 xal toplayan Bakı şahmatçısı Cahangir Ağarəhimov tutub.
N. Ağayev görüşlərin çətin keçdiyini dedi: "Mən Bakı, Zərdab, Xaçmaz, Gəncə, Sumqayıt və Lənkəran şahmatçsları ilə qarşılaşdım. Ən çətin döyüşüm sumqatılı Vasif Durarbəyli və lənkəranlı Əlizamin Cəfərli ilə oldu. Çünki mən həmin görüşləri qazanmalı idim. Əks halda yüksək dəstəyə vəsiqə qazana bilməyəcəkdim. İndi beynəlxalq usta normasını yerinə yetirməyə çalışacağam".
15 yaşlı Nicat Bakıdakı məşqçisi Salman Süleymanovla yanaşı, Gəncədə Asif Həsənovdan da dərs alır. A. Həsənov N. Ağayevin nəticəsini qənaətbəxş hesab edir: "Nicat minimum öhdəliyi yerinə yetirdi. O, beynəlxalq reytinqi 7 bal qaldırıb. Ümid edirəm ki, iyunun 18-29 -u aralığında Fransada keçiriləcək dünya çempionatında uğurla çıxış edərək ballarını daha da artıracaq".
A. Həsənov onu da dedi ki, beynəlxalq yarışlarda şahmatçıların iştirakı təmin edilsə də məşqlərə bu cür imkan yaradılmır: "Məşqçilərin də yarışlara getməsi şahmatçılar üçün əlavə üstünlükdür. Bizim isə xaricdəki oyunlara getməyə imkanımız yoxdur. Ona görə də yerli iş adamlarından şahmatın inkişafı üçün öz yardımlarını əsirgəməməyə çağırırıq". Sonda qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən bu yarışda digər gəncəli A. Məmmədov yalnız 4,5 xal toplaya bilib.

"İDEAL" QOZ SORTU
Qoz ağacı hamımıza məlum olan və həyətimizdə əkdiyimiz ağaclardan biridir. Onun meyvələrinin nə vaxt yetişməsini və necə çətinliklə yığılmasını bilirik. Ancaq hər bir bitkinin müxtəlif sortları olduğu kimi bu ağacın da elə bir sortu var ki, onun meyvəsini yığmaq digərlərindən qat-qat asandır. Bizim söhbətimiz də məhz bu, sözün əsl mənasında, ideal qoz sortu haqqındadır. Bu ağac əsasən Orta Asiya ölkələrində yayılıb. İlk dəfə isə 1961-ci ildə Tacikistan dağlarında tapılıb.
Belə qiymətli qoz sortunun bir nümunəsinin artıq şəhərimizdə də yetişdirildiyini nəzərə alaraq, bu ağac haqqında söhbət açmağı lazım bildik.
Ağac Gəncəyə 1986-cı ildə Kənd Təsərrüfatı Akademiyasının Meyvəçilik kafedrasının müdiri Zaur Həsənov tərəfindən gətirilib. Onun digər sortlardan bir çox üstünlükləri ilə fərqlənməsi Zaur müəllimin diqqətini cəlb edib. Belə ki, qoz ağacının bizə məlum olan bütün sortları 7-8 yaşından məhsul verməyə başlayırsa, "ideal" qoz ağacı əkinin 2-ci ilindən məhsula düşür. Bundan əlavə ağacın artırılması da çox sadədir- toxumlar, həmçinin zoğlar vasitəsi ilə həyata keçirilir. Yaşa dolduqca isə, əvvəlkilərdən fərqli olaraq elə də ucalmır. Belə olduğu üçün meyvələri yığmaq çətin olmur. Sortun digər üstünlükləri haqda isə müsahibimiz bunları dedi: "Qoz ağacları əsasən ildə bir dəfə, sentyabr ayında məhsul verir. "İdeal" sortu isə 2 dəfə, bəzən isə 3 dəfə məhsul vermə qabiliyyətinə malikdir. Ən əsası isə, toxumla artırıldıqda belə o, öz irsi xüsusiyyətlərini saxlayır. Ancaq birinci meyvəsi iri, ondan sonra yetişənlər isə nisbətən xırda olur".
Z. Həsənovun sözlərinə görə, bu növün qol-budaqlarının diametrinin az olması ən kiçik sahələrdə belə onun yayılmasına imkan verir. Belə ki, bir hektar sahədə adi qoz ağaclarından 100 ədəd əkmək mümkündürsə, "ideal" sortdan eyni sahədə dəfələrlə çox ağac becərmək olar, elə bu səbəbdən də sortun intensiv bağçılıqda əhəmiyyəti böyükdür. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, ağacın artırılmasına diqqət yetirilərsə, respublikamızda böyük bağ massivləri yaratmaq olar. Bu həm əhalinin tələbatını daha yaxşı təmin etməyə, həm də yaşıllıqların artırılmasına xidmət etmiş olardı.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[