HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#42. 16-22 oktyabr 2004

GƏNCƏ ŞƏHƏRİN MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ
2004 - cü ilin yanvar-avqust aylarında iqtisadi və sosial inkişafı haqqında Gəncə şəhər Statistika İdarəsinin mə’lumatı
Əsaslı tikinti

2004-cü ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələri hesabına şəhər iqtisadiyyatının və sosial sferanın inkişafına müəssisə və təşkilatlar tərəfindən 8 milyard 781,9 milyon manat və 2003-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox əsas kapitala investisiya yönəldilmişdir. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3 milyard 340,6 milyon manat (38,0 faiz), qeyri-dövlət bölməsinə məxsus müəssisə və təşkilatlar isə 5 milyard 441,3 milyon manat (62,0 faiz) investisiya yönəltmişlər. Ümumi investisiyadan tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 85,1 faiz artaraq 6 milyard 372,6 milyon manat, yaxud 72,6 faiz təşkil etmişdir. İstehsal təyinatlı obyektlərin inşaasına 3 milyard 716,8 milyon manat (42,3 faiz), qeyri-istehsal təyinatlı obyektlərin inşaasına isə 5 milyard 65,1 milyon manat (57,7 faiz) investisiya sərf edilmişdir.
Gəncə şəhəri üzrə 2004-cü ilin yanvar-avqust aylarında 6 milyard 774,4 milyon manat əsas fond istifadəyə verilmiş, bunun 3 milyard 720,1 milyon manatı, yaxud 54,9 faizi əhalinin şəxsi vəsaiti hesabına inşa edmilmiş üzvlərdən ibarət olmuş, "El-Azəri" MMC tərəfindən 1 milyard 466,8 milyon manat dəyərində "İstixana" tikilib təhvil verilmiş, 1 milyard 577,1 milyon manatı isə Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi tərəfindən əsas fond kimi təhfil verilmişdir.
Cari ilin əvvəlindən ümumi sahəsi 9862 kvadrat metr olan (əvvəlki ilin müvafiq dövründəkindən 9 dəfə çox) yaşayış evləri inşa edtilmiş və bunun hamısı əhalinin şəxsi vəsaiti hesabına həyata keçirilmişdir.
2004-cü ilin yanvar-iyun aylarında nazirliklər, komitələr, digər idarə, müəssisə və təşkilatlar tərəfindən Gəncə şəhəri üzrə əsas fondların istifadəyə verilməsi sosial-iqtisadi sferanın inkişafına yönəldilmiş investisiyalar aşağıdakı cədvəldə xarakterizə olunur:
Müəssisə və təşkilatların öz vəsaitləri hesabına əsas kapitala yönəltdikləri investisiyanın həcmi ümumi investisiyanın 2068,7 milyon manatını (23,6 faiz), büdcə vəsaitləri 1334,6 milyon manatını (15,2 faiz), büdcədənkənar fondların vəsaitləri 1 milyard 648,1 milyon manatını (18,7 faiz), əhalinin şəxsi vəsaitləri 3 milyard 720,1 milyon manatını (42,4 faiz), digər vəsaitlər isə 10,4 milyon manatını (0,1 faiz) təşkil edir.
2004-cü ilin yanvar-avqust aylarında tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə işləyənlərin orta siyahı sayı 512 nəfər, onlara hesablanmış əmək haqqı fondu 865,7 milyon manat, bir işçiyə düşən orta aylıq nominal əmək haqqı isə 211,4 min manat təşkil edir.
Bu müəssisələrdə çalışanların 54,7 faizi dövlət mülkiyyətində, 45,3 faizi isə qeyri-dövlət mülkiyyətində cəmlənmiş, onların sayı uyğun olaraq 280 nəfər və 232 nəfər, bir işçiyə düşən orta aylıq əmək haqqı isə 180,7 min manat və 248,4 min manat təşkil edir. Bir işçiyə düşən orta aylıq əmək haqqı keçən ilin müvafiq dövrü ilə müqayisədə 73,8 faiz, o cümlədən dövlət bölməsində 57,8 faiz artmış, qeyri- dövlət bölməsində isə 73,2 faiz artmışdır.

Kənd təsərrüfatı

2004-cü ilin yanvar-avqust aylarında Gəncə şəhərində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan uçot vahidləri tərəfindən diri çəkidə 238,0 sentner mal-qara və quş əti, 138,0 sentner süd tədarük olunmuş, keçən ilin müvafiq dövrü ilə müqayisədə ət tədarükü 5,8 faiz artmış, süd isə 10,4 faiz artmışdır, yun tədarükü -13,0 faiz azalmışdır. Bitkiçilik məhsullarından 1694 sentner tərəvəz yetişdirilmişdir, bu da 2003-cü ilin 8 ayına nisbətən 2,0 dəfə çoxdur. 1756 sentner taxıl toplanmışdır, bu da 2003-cü ilə nisbətən 32 faiz artmışdır.
2004-cü ilin sentyabrın 1-nə Gəncə şəhərinin kənd təsərrüfatı müəssisələrində 132 baş iri buynuzlu mal-qara (o cümlədən 52 baş inək və camışlar), 601 baş qoyun və keçi, bir baş at, 10,1 min baş quş, 95 arı ailəsi mövcud olmuş, 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq qara mal 15,9 faiz azalmış, o cümlədən inək və camışlar 8,8 faiz azalmış, qoyun və keçilərin baş sayı 43,1 faiz, arı ailələrinin sayı 16,7 faiz azalmış, atların baş sayı dəyişməz qalmışdır.
Bundan başqa, 2004-cü ilin yanvar-avqust aylarında Gəncə şəhərinin ərazisində yaşayan fəhlələrin, qulluqçuların və əhalinin sair qruplarının yardımçı təsərrüfatlarında diri çəkidə 310 sentner ət, 3550 sentner süd, 330 min ədəd yumurta, 16 sentner yun tədarük olunmuşdur.
Kənd təsərrüfatı müəssisələrində çalışan işçilərin orta sayı 2004- cü ilin avqust ayında 193 nəfər olmuş, 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 73 nəfər və yaxud 60,8 faiz artmış; bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 221,5 min manat təşkil etmiş və 2003-cü ilin avqust ayına nisbətən 94,8 faiz artmışdır.

Nəqliyyat, poçt və rabitə

2004-cü ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr (hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin daşınması nəzərə alınmadan) tərəfindən 6212,0 min nəfər sərnişin daşınmış və 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz artmış, sərnişin dövriyyəsi isə 39573,7 min sərnişin-km təşkil etmiş və 11,1 faiz artmışdır. Sərnişin daşınmasının 72,2 faizi, sərnişin dövriyyəsinin 63,5 faizi qeyri-dövlət bölməsinin payına düşür və keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 4,8 faiz, sərnişin dövriyyəsi 6,4 faiz artmışdır.
Trolleybus vasitəsi ilə sərnişin daşınması və sərnişin dövriyyəsi avqust ayında olmadığı üçün nisbətən faizi aşağı düşmüşdür
Yük daşınması isə 1532,9 min ton, yük dövriyyəsi 154,2 milyon ton-km təşkil etmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 8,3 faiz və 20,0 faiz artım əldə olunmuşdur.
2004-cü ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələri tərəfindən 38,8 milyard manatlıq xidmət göstərilmiş, 2003-cü ilin eyni dövrü ilə müqayisədə 29,8 faiz artmışdır. Görülmüş xidmətin 95,7 faizi dövlət bölməsinin, 4,3 faizi qeyri-dövlət bölməsinin payına düşür. Nəqliyyat xidmətinin 4,0 milyard manatı, yaxud 10,3 faizi əhaliyə göstərilmişdir və keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artmışdır.
2004-cü ilin yanvar-avqust aylarında poçt və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 8355,8 milyon manatlıq, yaxud 2003-cü il müvafiq dövrünün səviyyəsindən 16,0 faiz çox xidmət göstərilmiş, bunun 7225,5 milyon manatı (86,5 faizi) əhalinin, qalanı isə müəssisə və təşkilatların payına düşür. Əhaliyə göstərilmiş xidmətlərin həcmi 2003-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artmışdır.

İstehlak bazarı
2004-cü ilin yanvar-avqust aylarında şəhər üzrə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətin həcmi 364,5 milyard manat olmuş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 8,0 faiz azalmış, pullu xidmətlərin həcmi isə 22,9 faiz artmışdır.
Pərakəndə əmtəə dövriyyəsinin 10,1 faizi rəsmi qeydiyyatdan keçmiş ticarət təşkilatlarının payına düşmüşdür. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bu müəssisələr üzrə satışın real həcmi 20,0 faiz azalmış və onun 43,3 faizi kiçik müəssisələrin hesabına olmuşdur.
2004-cü ilin yanvar-avqust hesabat dövründə əhaliyə pərakəndə ticarət şəbəkəsində 315401,8 milyon manatlıq, iaşə müəssisələrində 20152,8 milyon manatlıq istehlak malları satılmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 8,0 faiz, ictimai iaşənin dövriyyəsi isə 1,3 faiz artmışdır.
Pərakəndə ticarət şəbəkəsində istehlak malları satışının 10,1 faizi ticarət təşkilatlarının, 11,8 faizi ərzaq, əşya və qarışıq mallar satışı yarmarkalarının, 3,1 faizi kənd təsərrüfatı məhsulları bazarlarının, 75,0 faizi fiziki şəxslərin payına düşmüşdür. Hesabat məlumatlarının müqayisəsi göstərir ki, fiziki şəxslər tərəfindən satılan istehlak mallarının həcmi rəsmi qeydiyyatdan keçmiş müəssisə və təşkilatlara nisbətən daha dinamik və surətlə inkişaf edir. Pərakəndə əmtəə dövriyyəsi artımının 75,0 faizi fiziki şəxslərin, 14,9 faizi bazar və yarmarkaların hesabına əldə edilmişdir.
2004-cü ilin yanvar-avqust hesabat dövründə şəhər əhalisinə iri müəssisələr üzrə 4791,7 milyon manatlıq istehlak malları satılmış, bunun 4192,4 milyon manatı yaxud 87,5 faizi qeyri-ərzaq mallarından, 599,3 milyon manatı yaxud 12,5 faizi isə ərzaq mallarından ibarət olmuşdur.
Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində iaşə müəssisələrinin payı 6,8 faiz təşkil etmiş və onun 1,6 faizi dövlət, 98,4 faizi qeyri-dövlət müəssisələrinin hesabına formalaşmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ictimai iaşənin həcmi 1,3 faiz artmışdır.
2004-cü ilin yanvar-avqust aylarında əhaliyə 49178,3 milyon manat pullu xidmət və ya 2003-cü ilə nisbətən 22,9 faiz çox göstərilmişdir.
2004-cü ilin əvvəlindən şəhər əhalisinə hüquqi şəhərlər tərəfindən 33819,4 milyon manat pullu xidmət göstərilmiş və onun 28534,6 milyon manat və ya 84,4 faizi iri müəssələrin, 5284,7 miliyon manat və ya 15,6 faizi kicik müəssisələrin payına düşür.
Diğər sahələr üzrə fəaliyyət göstərən iri müəssisələrin əhaliyə göstərdiyi pullu xidmətin həcmi sənaye müəssisələri üzrə 9129,1 milyon manat və ya 32,0 faiz, sosial xidmət müəssisələri üzrə 7394,8 milyon manat və ya 25,9 faiz, nəqliyyat müəssisələri üzrə 11098,5 milyon manat və ya 38,9 faiz, kommunal müəssisələri üzrə 642,2 milyon manat və ya 2,2 faiz, ticarətlə məşğul olan müəssisələr üzrə 268,7 milyon manat və ya 1,0 faiz təşkil etmişdir.
2004-cü ilin yanvar-avqust aylarında şəhərin hər sakini orta hesabla bir ayda 130,3 min manatlıq istehlak malları almış, 20,3 min manatlıq pullu xidmət, o cümlədən 5,6 min manatlıq məişət xidmətindən istifadə etmişdir.
Qiymət və tarif indeksləri
2004-cü ilin avqust ayında sənaye məhsulları istehsalçılarının qiymətləri əvvəlki aya nisbətən 0,9 faiz, 2003-cü ilin yanvar-avqust aylarına nisbətən isə 6,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və su təchizatı bölməsində istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmamışdır.
2004-cü ilin avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2004-cü ilin iyul ayına nisbətən 1,2 faiz uzuclaşmış, 2003-cü ilin avqust ayına nisbətən isə 5,8 faiz bahalaşmışdır.
2004-cü ilin avqust ayında ərzaq məhsullarının qiymətləri iyul ayına nisbətən 1,5 faiz ucuzlaşmışdır.
Ay ərzində "Meyvə və tərəvəz" qrupu məhsullarının qiymətləri 15,4 faiz, "Süd məhsulları və yumurta" qrupu məhsullarının qiymətləri 0,5 faiz ucuzlaşmış, "Mal əti, donuz əti və quş əti" qrupu məhsullarının qiymətləri 4,3 faiz, "Kərə yağı və piylər" qrupu məhsullarının qiymətləri 8,3 faiz və "Şəkər və şəkər tozu" məhsullarının qiymətləri 4,5 faiz bahalaşmışdır.
2004-cü ilin avqust ayında qeyri-ərzaq mallarının qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, 2003-cü ilin avqust ayına nisbətən isə 0,8 faiz bahalaşmışdır.
Həmçinin göstərmək lazımdır ki, 2004-cü ilin avqust ayında əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarif indeksləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.
ƏMƏK BAZARI
Məşğulluq və işsizlik
Bazar iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin yaranması ölkənin ən iri sənaye şəhərindən biri sayılan Gəncə şəhər əhalisinin iqtisadi fəallığının artmasına səbəb olmuşdur. 2004-cü il sentyabr ayının əvvəlinə şəhərdə işləyən və işsiz statusuna malik olanları əhatə edən iqtisadi fəal əhalinin sayı 127,1 min nəfər olmuş və şəhər əhalisinin 42,0 faizini təşkil etmişdir. Onlardan 125,8 min nəfəri (99,0 faiz) məşğul olanlar və 1211 nəfəri (1,0 faiz) işsiz statusuna malik olanlardır.
2004-cü ilin yanvar-avqust aylarında məşğul olanların ümumi sayında 34,1 min nəfər və ya 27,4 faiz maddi istehsal sahəsində çalışmış, xidmət sahəsində məşğul olanların əksəriyyəti təhsildə, səhiyyə və sosial xidmətlərdə, nəqliyyat, anbar təsərrüfatı və rabitədə, digər kommunal sosial və fərdi xidmətlərdə cəmlənmişdir. Maddi istehsal sahələrində çalışanların 1,3 faizi kənar əvəzçilərdən ibarət olmuşdur.
2004-cu ilin yanvar-avqust aylarında muzdla işləyənlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artmışdır.
Məşğulluq xidmətləri tərəfindən şəhər üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2004-cü il sentyabr ayının 1-i vəziyyətinə 1211 nəfər olmuş, onlardan 642 nəfərini (53,0 faiz) qadınlar təşkil etmişdir. Həmin dövrdə boş iş yerlərinin sayı 203 olmuş, bir boş iş yerinə olan tələbat 6 nəfər təşkil etmişdir.
2004-cü ilin yanvar-avqust aylarında məşğulluq xidməti tərəfindən işsiz statusuna malik olanların 367 nəfəri işlə təmin olunmuş (o cümlədən 148 nəfər qadın), 51 nəfər (o cümlədən 13 nəfər qadın) işsiz müavinəti almış, müavinətin orta məbləği adam başına 192,9 min manat, yaxud şəhər üzrə orta aylıq əmək haqqının 63,4 faizini təşkil etmişdir. 2004-cü ilin yanvar-iyun aylarında 1287 yeni iş yeri açılmışdır.
Əmək haqqı
2004-cü ilin yanvar-avqust aylarında Gəncə şəhərində iqtisadiyyatın mühüm sahələrində çalışanların orta aylıq əmək haqqına müsbət təsir göstərmişdir. Belə ki, şəhər üzrə bir işçiyə düşən orta aylıq əmək haqqı 2004-cü ilin yanvar-avqust aylarında 262,4 min manat təşkil etmiş və keçən ilin müvafiq dövrünə nisbətən 18,5 faiz artmışdır.
Yüksək orta aylıq əmək haqqı şəhər iqtisadiyyatında, emal sənayesində (410,3 min manat), elektrik enerjisi, qaz və suyun ötürülməsi müəssisələrində (354,2 min manat), nəqliyyat, anbar təsərrüfatı və rabitədə (388,4 min manat), dövlət idarəerməsi və müdafiə məcburi sosial təminatda (571,4 min manat) çalışan işçilərə məxsus olmuşdur.
İNSTİTUSİONAL DƏYİŞİKLİKLƏR
Təsərrüfat subyektlərinin xarakteristikası
Son vaxtlar "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı" haqqında Prezident fərmanları ilə bağlı qəbul edilmiş qərarlar ölkədə dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və azad rəqabət mühitinin formalaşmasını daha da sürətləndirmiş və bu proseslər fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə müsbət təsir göstərmişdir.
Azərbaycanda həyata keçirilən bü tədbirlər nəticəsində Gəncə şəhərində də yeni müəssisə və təşkilatların yaranması prosesi davam etmişdir. Belə ki, 2004-cü ilin yanvar-iyun ayları ərzində hüquqi şəxslərin sayı cari ilin aprel ayının 1-i vəziyyəti ilə müqayisədə 2,0 faiz artmış və 2004-cü il iyulun 1-nə 1527 olmuşdur.
Yuxarıda verilmiş məlumatlardan göründüyü kimi birinci yarımil ərzində iqtisadiyyatın bir çox bölmələrində müəssisə və təşkilatların sayı artmışdır. Bu artım "Kənd təsərrüfatı" (5,8 faiz), "Emal sənayesi" (2,2 faiz), "Tikinti" (1,6 faiz), "Topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri" (2,1 faiz), "Mehmanxa və restoranlarla xidmətlərin göstərilməsi" (2,6 faiz) və "Nəqliyyat, anbar təsərrüfatı və rabitə" (4,3 faiz), "Təhsil" (2,9 faiz) bölmələrində nəzərə çarpmışdır.
"Topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri" və "Digər kommunal, sosial və fərdi xidmətlərin göstərilməsi" bölmələrinin xüsusi çəkisi Dövlət reyestrində daha böyükdür. Bu bölmələr Uçot vahidlərinin Dövlət reyestrinin uyğun olaraq 43,7 və 15,9 faizini təşkil edir ki, bu da mövcud müəssisələrin çox hissəsinin ticarət və xidmət sahələrində fəaliyyət göstərmələrinə dəlalət edir. Bu müəssisələrin yaranması isə yeni iş yerlərinin açılması deməkdir.
Uçot vahidlərinin Dövlət reyestrində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 71,8 faiz, dövlət müəssisələrinin (bələdiyyələr daxil olmaqla) xüsusi çəkisi isə 28,2 faiz təşkil edir.
Dövlət tərəfindən sahibkarlığa diqqət və qayğının artırılması yeni istehsal-iqtisadi münasibətlərin formalaşmasını daha da sürətləndirmiş və bunun da nəticəsində əvvəllər muzdla işləyən bir çox şəxslər fərdi sahibkarlara çevrilmişdir. 12 saylı ərazi Vergilər idarəsinin məlumatına görə 2004-cü il iyulun 1-i vəziyyətinə vergi orqanında qeydiyyatdan keçən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 5622 olmuş və cari il aprelin 1-i vəziyyəti ilə müqayisədə 5,3 faiz artmışdır.
Mənzillərin özəlləşdirilməsi
Gəncə şəhərində özəlləşdirmə prosesi başlayandan indiyədək olan dövrdə ümumi sahəsi 1133,7 min kvadrat metr olan 19226 dövlət və ictimai mənzil fondu özəlləşdirilmişdir. Şəhər üzrə özəlləşdirilən mənzillərin xüsusi çəkisi gələcəkdə özəlləşdirilməsi tələb olunan dövlət ictimai mənzil fondunun ümumi həcmində 88,1 faiz təşkil edir.
2004-cü ilin yanvar-avqust aylarında şəhər əhalisi tərəfindən ümumi sahəsi 27,5 min kvadrat metr olan 479 mənzil özəlləşdirilmişdir.
Demoqrafik vəziyyət
İlkin hesablamalara görə 01 sentyabr 2004-cü il vəziyyətinə Gəncə şəhər əhalisinin sayı 302450 nəfər, o cümlədən Kəpəz rayonu üzrə 162485 nəfər (53,7 faiz), Nizami rayonu üzrə 139965 nəfər (46,3 faiz) təşkil etmişdir.
2003-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin sayı 1215 nəfər (0,4 faiz) artmışdır.
01.09.2004-cü il vəziyyətinə şəhər üzrə əhalinin 144873 nəfərini (47,9 faiz) kişilər, 157577 nəfərini (52,1 faiz) isə qadınlar təşkil etmişdir.
Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələndirilir: əhalinin ümumi sayından 0-15 yaşda olan uşaq və yeniyetmələrin xüsusi çəkisi 102531 nəfər (33,9 faiz), əmək qabiliyyətli yaşda olanlar (kişilər 16-62 yaş, qadınlar 16-57 yaş) 176026 nəfər (58,2 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı olanlar 23893 nəfər (7,9 faiz) təşkil etmişdir.
Əmək qabiliyyətli yaşda olan kişilərin sayı 85021 nəfər (48,3 faiz), qadınların sayı isə 91005 nəfər (51,7 faiz) olmuşdur. Şəhər üzrə yanvar-avqust aylarında VVAQ orqanlarında 960 nikah bağlanmış və 261 nəfər nikah pozulması qeydə alınmışdır.
Cari ilin yanvar-avqust aylarında şəhərdə 2039 körpə (ölü doğulanlardan başqa) doğulmuş, 1214 nəfər ölüm qeydə alınmış və onlardan 12 nəfəri 1 yaşadək ölən uşaqlardır.
2003-cü ilin müvafiq dövrü ilə müqayisədə şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı artmış, təbii artım 1,7-dən 2,7-ə qalxmışdır, ölüm əmsalı isə aşağı düşmüşdür.
Müqayisədə nikah əmsalında artım olmuş, boşanma əmsalı eyni səviyyədə qalmışdır.
Hər 1000 nəfər diri doğulana hesabı ilə 1 yaşa qədər uşaq ölümü azalaraq 7,5- dən 5,9- a enmişdir.
Cari ilin yanvar-avqust aylarında şəhər polis idarəsinin pasport qeydiyyatı şöbəsi tərəfindən daimi yaşamaq üçün Gəncə şəhərinə 514 nəfər gələn və şəhərdən 462 nəfər gedən qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şəhər üzrə gedənlərin sayı 168 nəfər artmışdır. Miqrasiya saldosu +52 olmuşdur.
01.09.2004-cü il vəziyyətinə gələnlərin 40,9 faizini, gedənlərin isə 41,6 faizini kişilər təşkil etmişdir. 2003-cü ilin və 2004-cü ilin yanvar-avqust aylarında əhalinin mexaniki hərəkəti müqayisəli şəkildə aşağıdakı kimi xarakterizə olunur:
Qonşu dövlət tərəfindən edilmiş təcavüz nəticəsində şəhərdə öz ölkəsində doğma yurdlarını itirmiş 15489 nəfər məcburi köçkün və 17549 nəfər qaçqın məskunlaşmışdır.
Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[