HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#16. 17-23 aprel 2004

QAZ İSTİSMARI İDARƏSİ ƏHALİ İLƏ MÜQAVİLƏ BAĞLAYIR

Gəncənin təbii qaz yanacağı ilə bağlı poblemləri 2 ildən sonra həll olunacaq. Qazla tam təminat 2006-cı ildə mümkün ola bilər.
Artıq bir həftədən çoxdur ki, Gəncə Qaz İstismarı İdarəsi (Qİİ) tərəfindən şəhərimizin sakinləri ilə müqavilə bağlanır. Müqavilənin mətnində göstərilir ki, bu sənəd "təchizatçı" ilə "abonent" arasında təbii qazın alınmasına, onun istifadəsinə dair öhdəlik və şərtləri tənzimləyir.
Tərəflər öhdəliklərini yerinə yetirərkən "Qaz Təsərrüfatına Təhlükəsizlik Qaydalarına", "Azəriqaz" QSC-nın təlimat və göstərişlərinə, Qaz Təsərrüfatını tənzimləyən digər müvafiq qanunvericilk aktlarına əməl etməlidirlər. Müqavilə bağlamaq üçün "abonent"in "təchizatçı"ya təqdim edəcəyi sənədlər, imtiyazlar, ailə tərkibi haqqında məlumat, istifadə edəcəyi miqdarı müqavilədə göstərilir. Kontraktda "abonent"in öhdəliklərinə ailə tərkibindəki dəyişikliklər barədə "təchizatçı"ya məlumat vermək, "təchizatçı"nın nümayəndəsini maneəsiz mənzilə buraxmaq, qaz cihazlarından istifadə etmək qaydalarına tam riayət etmək və qazdan istifadə etmək haqqını vaxtında ödəmək aiddir. "Təchizatçı"nın öhdəliklərinə isə "abonent"i ildə bir dəfə qaz cihazlarından istifadə etmə qaydaları ilə təlimatlandırmaq, fasiləsiz qazla təmin etmək, qazın haqqı ödənilmədikdə şərtsiz qazın verilməsini dayandırmaq aiddir.
"Təchizat"çı və "abonent" arasında mübahisəli məsələlərdə razılıq əldə olunmazsa, məhkəməyə müraciət etmək olar. Müqavilənin 10-cu maddəsində ("Abonent"ə verilən təbii qazın ölçülməsi) isə, bir qədər anlaşılmazlıq var. Belə ki, maddəyə görə, təbii qazın miqdarı sayğac vasitəsilə ölçülür. Sayğac olmadıqda müvafiq normativ aktlarla müəyyən edilir. 11-ci maddədə isə təbii qazın hər bir kub metrinin dəyəri ƏDV daxil olmaqla 35,56 manat təşkil etdiyi qeyd olunur. Mövcud şəraitdə sayğacların olmadığını nəzərə alaraq: bunu necə hesablayırsınız? - sualı ilə Gəncə Qİİ-nin baş mühəndisi Tahir Kazımova müraciət etdik:
- Müəyyən olunmuş norma və standartlara əsasən bir adama ayda 35 kub. metr qaz düşür. Bu da adi qaz plitələri üçün 1250 manat, su qızdırıcıların evdə və bayırda olduğuna görə, müvafiq olaraq 10500 və 22 000 manat, qızdırıcı radiator isə 14000 manat təşkil edir.
Neman Vəliyev küçəsinin sakinlərinin qəzetimizə ünvanladıqları şikayətdə deyilir ki, Qaz İdarəsinin işçiləri bütün küçənin qazını kəsib. Qışda bizim qazımız olmayıb, amma bizdən pul istəyirlər. Olmayan qazın pulunu vermədiyimizə görə, bütün evlərə daxil olan xətləri plomblayıblar. Məsələni Gəncə Qİİ-nin Evdaxili qaz avadanlıqlarına xidmət şöbəsinin rəisi Valeh Hüseynov belə izah etdi:
- Qış aylarında qazın təzyiqi olmadığından şəhərin 30 faiz ərazisində qaz olmur. Əgər kimin qazı yoxdursa ərizə ilə bizə müraciət edir və biz də ona gələn qaz kəmərini xətdən ayırırıq. Ancaq küçə sakinlərindən heç kim bizə müraciət etməyib, ümumiyyətlə bu hamıya aiddir. Ona görə də bizim hesabatlarda həmin ərazi qazla təmin olunmuş kimi qeyd edilib və sakinlər qazın pulunu ödəməlidirlər.
Sakinlərin dediyinə görə, onlar qazdan imtina etmirlər, sadəcə olmayan qazın pulunu ödəmək istəmirlər. Əgər onlar qazı xətdən ayırıblarsa, necə biləcəklər ki, xətdə qaz var? Bu sualı V. Hüseynova da ünvanladıq. Müsahibim suala cavab verməyə çətinlik çəksə də, vəziyyətdən belə çıxdı:
- Onda sakinlər bizə ərizə ilə müraciət etməlidirlər. Biz də gəlib onların qazını xəttə qoşarıq.
Qaz sayğacları ilə bağlı V. Hüseynov bunları dedi:
- Dövlət səviyyəsində Çin hökuməti ilə sayğacların alınması barədə danışıqlar gedir. Sayğaclar alındıqdan sonra tenderdə qalib gələn şirkət onu quraşdıracaq. Bizə isə sadəcə nəzarət etmək qalacaq. Ə
hali ilə müqavilənin bağlanması müsbət hal olsa da, müqavilənin şərtlərinin tam yerinə yetirilməməsi təəssüf doğurur. Qaza sayğac qoyulmaması yuxarıda qeyd olunan N. Vəliyev və bu kimi digər küçələrin sakinlərinə hələ çox qazsız günlər yaşadacaq. Ancaq V. Hüseynovun sözlərinə inansaq ümid etməyə dəyər: Azərbaycan tam qazla 2006-cı ildə Xəzər dənizinin Azərbaycan sektoruna aid yataqlarından çıxarılacaq mavi yanacaq hesabına tam təmin olunacaq.


BAXIŞ MÜSABİQƏSİNİN QALİBİ

Bakıda aprelin 12-14-də Uşaq və Yeniyetmələrin IV Respublika Elmi-Texniki Yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə zona baxışlarının qalibləri öz modellərini nümayiş etdiriblər. İştirakçılar arasında Gəncə şəhər Gənclərin Texniki Yaradıcılıq Mərkəzinin yetirmələri də olub. Hərbi-texniki modellər nominasiyasında Mərkəzin yetirməsi, 6 saylı məktəbin 8-ci sinif şagirdi Nicat Qafarov müsabiqənin 1-ci dərəcəli diplomu və qiymətli hədiyyə ilə təltif olunub. Qeyd edək ki, Nicat ardıcıl olaraq üç il bu yarışların qalibi olub. Gəncə Texniki Yaradıcılıq Mərkəzinin direktoru Vaqif Qafarov baxışda fəal iştirak etdiyinə görə, Respublika Gənclər, İdman və Turizm Nazirliyinin diplomuna layiq görülüb.


GƏNCƏDƏ KLİP ÇƏKİLİR

Gəncədə Kərbala faciəsi mövzusunda ilk dəfə olaraq video klip çəkilir. Klipdə səslənən musiqinin ifaçısı və sözlərin müəllifi Əhməd Həsənovdur. Musiqi üzərində oranjmanı Xaqani Ramizoğlu edib. Klipin rejissoru, bir neçə sənədli filmin müəllifi İsmayıl Abbasdır. O, klipin çəkilişi haqda bunları söylədi: "Bəzi maliyyə problemlərinin olmasına baxmayaraq çəkilişlər nəzərdə tutulan qrafik üzrə gedir. Təəssüf ki, Gəncədə dini mövzuda video materialların az olması bizə xeyli çətinliklər yaratdı". Klipin təqdimatı aprel ayının ortalarında nəzərdə tutulub.


IDMAN:VOLEYBOL,BOKS,DZÜDO,BASKETBOL,KARATE,ƏLBƏYAXA DÖYÜŞ

Voleybol 
Xəbər verdiyimiz kimi Gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin spartakiadası start götürmüşdür. Yarışda şəhərin yüzlərlə tələbə idmançısı öz güclərini sınayırlar. Birinci meydançaya voleybolçu oğlan və qızlar çıxıblar. Bu yarışmada ali məktəblərin arasında Gəncə Dövlət Universitetinin hər iki komandası fərqlənib. Orta ixtisas məktəbləri arasında Humanitar kollecin oğlan və Tibb texnikumunun qızlar komandaları qalib gəliblər. Həndbol komandalarının arasında da Gəncə Dövlət Universitetinin idmançıları daha yaxşı çıxış ediblər. Tibb texnikumunun komandası oğlanlar arasında (öz qruplarında) birinci olub. Futbol yarışı Texniki kollecin idman zalında keçdi. Turnirdə ali məktəblərin komandaları arasında AzTU-nun futbolçuları birinci, orta ixtisas məktəbləri arasında isə, meydan sahibləri - Texniki kollecin futbolçuları çempion oldular. Spatrakiadanın basketbol turnirinə aprelin 13-də start verilib.

Boks
Aprelin 7-11-də Bakı Olimpiya İdman Kompleksində boks üzrə 1985-87-ci il təvəllüdlü gənclər arasında ölkə birinciliyi keçirilib. Rinqə Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir, Astara, Cəlilabad, Quba və Lənkərandan 142 gənc əlcək ustaları öz güclərini sınayıblar. Gəncə idmançıları bu birincilikdən evə dörd bürünc medalla qayıdıblar. Mükafatları spartakçı Tural Abbasov (48 kq), "Təhsil" İdman Mərkəzinin təmsilçiləri Röyal Əliyev (54 kq), Hüseyn Məmmədov (60 kq) və Sübhan Abbasov (64 kq) qazanıblar.

Dzü-do 
Gəncə şəhər "Dinamo" İdman cəmiyyətinin salonunda aprelin 11-də 1989-90-cı illərdə anadan olmuş yeniyetmələr arasında cüdo üzrə şəhər birinciliyi keçirilib. Tatami üzərinə 40-a yaxın idmançı çıxıb. Onlar "Dinamo", "Spartak", "Təhsil" İdman Mərkəzinin, 1 və 2 saylı UGİM-in yetirmələri olub. Bir günlük mübarizədən sonra öz çəki dərəcəsində şəhər çempionu adına Aqşin Rzayev ("Təhsil"), Röyal Əliyev (2 SAYLI UGİM), Ceyhun Ələkbərov (1 saylı UGİM), spartakçılar Vüsal Həsənov, Vüqar Tağıyev, Orxan Mustafayev və dinamoçu Vasif Qasımov layiq görülmüşlər. Qaliblər may ayında keçiriləcək gənclərin IV Respublika oyunlarında iştirak edəcəklər.

Basketbol
Bakı Olimpiya İdman kompleksində aprelin 6-dan 10-a kimi kişi basketbolçular arasında ölkə kuboku uğrunda yarışlar keçirilib. Fəxri kubok uğrunda respublikanın 8 komandası, o cümlədən Gəncə basketbolçuları, mübarizə aparıb. Birinci mərhələdə komandalar iki qrupda yarışıblar. Gəncə basketbolçuları öz qrupunda "Gənclik AzTU" komandasına 50:68, "Bakı Sığorta Şirkətinə" (BSŞ) - 34:111 uduzublar və yalnız Şəki idmançılarına 60:53 hesabı ilə qalib gələrək qrupda uçuncü yerə çıxıblar. Komanda ilk dördlükdə yer almayıb və nəticədə 6-cı yerə çıxıb.

Karate
Aprelin 12-13-də Bakıda karate WKF üzrə gənclər və böyüklər arasında ölkə çempionatı keçirilib. Yarışda medallar uğrunda 30 komandanı təmsil edən 250 idmançı döyüşüb. Karateçilər kata və kumite üzrə yarışıb. Bu çempionatda Gəncə idmançıları uğurla çıxış edib və qaliblər arasında öz yerlərini tutublar. Kata üzrə qızlar arasında Könül Rzayeva (Olimpiya kompleksi), kişilər arasında isə Yasin İsmayılov (Təhsil) qızıl medala layiq görülüblər. Kumite üzrə kişilər arasında dinamoçu Fuad Allahverdiyev (80 kq) bütün görüşlərdə qalib gələrək Azərbaycan çempionu olmuşdur. Kadetlər arasında bu növdə 60 kq-da Vüqar Rübaxşi (Olimpiya kompleksi) gümüş, dinamoçu Azər Məmmədov (55 kq) bürünc medalların sahibi olublar.

Əlbəyaxa döyüş
Bu günlərdə Rusiyanın Kislovodsk şəhərində əlbəyaxa döyüş idman növü üzrə gənclər arasında MDB ölkələrinin birinciliyi keçirildi. Yarışda Gəncə şəhərini "Dinamo" İdman Cəmiyyətinin üzvü Murad Əliyev (məşqçi Əziz Əzizov) təmsil edirdi. Həmyerlimiz yarışda dörd döyüş keçirib, onlardan üçündə qalib gələrək 40 kq çəki dərəcəsində gümüş medala layiq görülüb. Bu, Muradın birinci uğurlu çıxışı deyil. O, Gürcüstanda keçirilən Beynəlxalq turnirin qalibi, ciu-citsu üzrə iki dəfə ölkə çempionu olmuşdur.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[