HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#20. 15-21 may 2004

KARDİOLOJİ DİSPANSERDƏ YANĞIN BAŞ VERDİ
Yanğın ərəfəsində Kardioloji dispanserdə iki nəfərin ölüm hadisəsi qeydə alınıb. Onların yanğın hadisəsi ilə əlaqəsi varmı?
May ayının 13-ü səhər saatlarında Təbriz küçəsində yerləşən Kardioloji dispanserdə yanğın hadisəsi qeydə alınıb. Gəncə şəhər Dövlət Yanğından Nəzarət bölməsinin rəisi Təvəkkül Verdiyev hadisə ilə bağlı fikirlərini belə açıqladı: "Yanğın xəstəxana binasının 3-cü mərtəbəsindəki otaqların birində baş vermişdi. Hadisənin ilkin versiyası palatada olan su qızdırıcısının elektrik şəbəkəsinə qoşulu qalmasıdır. Nəticədə otaqda olan bütün avadanlıqlar yararsız vəziyyətə düşmüşdür. Otağın divarları və tavanı beton örtüyündən olduğuna görə, digər otaqlar zərər görməyib. Yanğınsöndürənlərin səyi nəticəsində 20 nəfər xəstəni evakuasiya etmək mümkün olub. Hadisə 06.20 radələrində baş vermiş, artıq 06.25-də yanğınsöndürənlər hadisə yerində olmuşlar".
"Baş verən ölüm hadisələrinin yanğınla bağlı bir əlaqəsi varmı?" sualına müsahibimiz belə cavab verdi: "Həmin ərəfədə vəfat edən iki nəfərin yanğınla heç bir əlaqəsi yoxdur. Onlar ürək çatışmazlığından vəfat ediblər. Hətta onlardan biri hadisə baş verəndən bir gün əvvəl dünyasını dəyişib. Bir də ki, yanğın mərhumların palatasından xeyli kənarda olmuşdur. Bununla bağlı son sözü ekspertlər söyləyəcəklər".

YENİ KOMPLEKSİN AÇILIŞI OLDU
Mayın 10-da Gəncədə H. Əliyevin adını daşıyan prospektdə (keçmiş 28 May küçəsi) nəqliyyatın hərəkətini tənzimləyən dairənin mərkəzində ucaldılan abidənin açılışı oldu. Bu abidə 22 metr hündürlüyündə olan klassik sütundan və üzərində qızıl suyuna çəkilmiş, türkçülük-azərbaycançılıq simvolu olan ay-ulduzdan ibarətdir. Açılış mərasiminə şəhər ictimaiyyəti, orta və ali məktəblərin şagird və müəllim kollektivləri toplaşmışdı.
Qeyd edək ki, şəhərin şərqlə qərb hissəsini birləşdirən prospektin uzunluğu 6 km-dir. O, Gəncənin bir neçə mərkəzi prospekt və küçələri ilə kəsişir.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov abidənin tikilməsinə sərf olunan vəsaitin məbləğini deməyə çətinlik çəksə də, bu işlərin görülməsinə prezident İlham Əliyevin köməklik göstərdiyini bildirdi. Onun sözlərinə görə, bu prospektdə görülən axırıncı iş deyil. Yaxın vaxtlarda H. Əliyev prospekti ilə D. Qorqud küçəsinin kəsişdiyi yerdə yeni bir kompozisiyanın açılışı olacaq. Qız qalasının (? - müəllif) kiçildilmiş bir forması, həmçinin qədim Gəncənin elementlərini daşıyan qala formasında tikili başa çatmaq üzrədir.

5-CİLƏR 10-CULARA QALİB GƏLDİ
Bu günlərdə Heydər Əliyev Universitetinin binasında fəaliyyət göstərən Debat Vətəndaş Cəmiyyətinin təşkil etdiyi şagirdlərin yeni mövsüm turniri baş tutdu. Turnirdə 13 komanda iştirak etdi. Uşaqlara müzakirə üçün verilən mövzu belə idi: "Beynəlxalq təşkilatların fəaliyyəti təkmilləşdirilməlidir". Mövzuya uşaqlar həm təsdiq, həm də inkar tərəfdən yanaşaraq, həm III tərəf - yəni hakimi, həm də bütün auditoriyanı inandırmağa çalışdılar. Maraqlısı bundan ibarətdir ki, həmin uşaqlar 5-ci sinif şagirdləri olmağına baxmayaraq 10-cu siniflə yarışırdılar. Öz müsahibələrində mövzunu tam dərk etdiklərini, mənən yaşadıqlarını da qeyd etdilər. Finalda ən güclü 2 komanda qarşı-qarşıya çıxıb meydan suladılar. Qalibiyyət təsdiq komandaya verildi. Qalib komandanın üzvlərinə sertifikat təqdim olundu. Bundan əlavə ən yaxşı spikerlərin 12-si növbəti oyunda (mayın sonunda olacaq) Linkoln-Duqlas debat formatında iştirak edəcəklər. (Linkoln-Duqlas Debat - formatı kütlə qarşısında çıxış edən 2 şəxsin hakimi öz movqelərinin doğru olmasına inandırmaq). Gəncə Debat Mərkəzinin rəhbəri Qalib Həsənov isə bunun sevindirici hal olduğunu, uşaqların hərtərəfli inkişafına kömək edən bir addım kimi qiymətləndirir. O, həm də bu işdə onlara yardım edən bir sponsor olmadığından təəssüflənir.
Ancaq yenə də bu inkaredilməz uğurdur. Uğurumuza göz dəyməsin!

ŞƏHƏR SPARTAKİADASI
Gəncənin ali və orta ixtisas məktəbləri arasında ənənəvi spartakiada çərçivəsində atletika, şahmat və dama yarışlarına yekun vurulub.
Atletika növü üzrə birincilik "Spartak" stadionunda keçirildi. Mübarizəyə 4 ali və 4 orta ixtisas məktəblərinin idmançıları qatılıb. Atletlər 100, 200, 400, 800, 1500 metr məsafəni qət etməkdə və estafetdə öz gücünü sınayıblar.
Ayrı-ayrı növlərdə Gəncə Dövlət Universitetinin tələbələri Səxavət Məmmədov, Xəyalə Rüstəmova, Sailə Mehdiyeva, Texniki Kollecin şagirdləri Elmuraz Mustafayev, Rüfət Qədimov, Humanitar Kollecin nümayəndələri Gülər Abdulxalıqova, Aidə Əliyeva, Şahin Ağayev və b. çempion oldu.
Şahmat turnirində ali məktəblər arasında Beynəlxalq Universitetinin Gəncə filialının oğlanları və Gəncə Dövlət Universitetinin qızları fərqləniblər. Orta ixtisas məktəbləri arasında birinciliyi Humanitar Kollecin (oğlan) və Musiqi Texnikumunun (qızlar) komandaları qazandılar.
Damaçıların yarışında Musiqi Texnikumunun şagirdləri (oğlan və qız) spartakiadanın qalibi oldular. Ali məktəblər arasında Beynəlxalq Universitetinin oğlanlar, Gəncə Dövlət Universitetinin isə qızlar komandası fərqləndilər.

İDMAN: GÜLƏŞ, CUDO, KARATE.

GÜLƏŞ
"Zenit" idman cəmiyyətinin Gəncə şurasının zalında yeniyetmələr arasında sərbəst güləş üzrə açıq birincilik keçirildi. Yarışın baş hakimi cəmiyyətin baş məşqçisi, idman ustası Samir Əliyevin dediyinə görə, turnirdə "Zenit", "Dinamo", "Spartak" və Samux rayonunun100-ə yaxın idmançısı iştirak edir... Aşağıda adları çəkilən idmançılar öz çəki dərəcələrində çempion olmuşlar.
20 kq Sultan Əliyev (Zenit)
23 kq İlkin Məmmədov (Zenit)
26 kq Rüstəm Bəşirov (Zenit)
29 kq İlmət Məmmədov (Zenit)
32 kq Rauf Mehdiyev (Zenit)
35 kq Şahin Rzayev (Zenit)
38 kq Elton Atakişiyev (Zenit)
42 kq Yusif Məmmədov (Samux r-nu)
47 kq Əlibaba Zeynalov (Samux r-nu)
53 kq Azər Bayramov (Spartak).
Yarışda yer tutan idmançılar cəmiyyətin diplomları ilə təltif olundu.
CUDO
Heydər Əliyevin doğum gününü 1 saylı UGİM-in cüdoçuları da təşkil etdikləri turnirdə qeyd etdilər. Yarışda idman məktəbinin yetirmələri tatami üzərinə çıxıblar. Gərgin mübarizədən sonra Daşdəmir Vəzirov, Qaməd Mövsümov, Abbasəli Əliyev, Qaykat Kərimov, Hətəm İmaniyev, Ceyhun Ələkbərov, Bəhman Əhmədzadə, Ələs Abbasov və Fərid Babayev qalib gəldilər.
Fərqlənən idmançılar diplomlarla və medallarla təltif olunub.
KARATE
Mayın 9-da Gəncə şəhər 18 saylı orta məktəbin idman zalında 2 saylı UGİM-in karate üzrə birinciliyi keçirildi. 50-yə yaxın gənc karateçinin iştirak etdiyi bu yarış kumite üzrə keçirilib.
Gərgin mübarizədən sonra öz çəki dərəcələrində İbrahim Orucov, Adil Muradov, Orxan Nəzərov, Orxan Əliyev, Alı Alıyev, Səxavət Mirzəyev, Bəxtiyar Mirzəyev, Cavid Allahverdiyev və Mikayıl İbrahimov qalib gəlib.
Baş hakim, idman məktəbinin məşqçisi Ramiz İbrahimov qalibləri və mükafatçıları medal və diplomlarla təltif edib.
Gəncə Olimpiya İdman Kompleksində karatenin aşxara kankay növü üzrə respublika turniri keçirilmişdir.
Yarışda respublikanın 12 şəhər və rayonundan gəlmiş 140-a yaxın yeniyetmələr və gənclər öz ustalığını göstərmişdir.
Bir günlük mübarizədən sonra 9-12 yaşlı idmançılar arasında Babək Feyzullayev (Gəncə), Orxan İsmayılov (Xanlar), Səbuhi Əvəzli (Bakı), Rahid Misirli (Bakı), 12-15 yaşlılar arasında Ramin Əvəzzadə (Bakı), Əfqan İsayev (Şəki), 15-18 yaşlılar Elnur Əvəzzadə (Bakı), Samir Vəliyev (Bakı) və Nazim Əliyev (Gəncə) fərqlənmişlər.
Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[