HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#13. 27-02 aprel 2004

KƏND TƏSƏRRÜFATI NAZİRİ GƏNCƏDƏ OLUB

Respublikanın Kənd Təsərrüfatı naziri İrşad Əliyev bu həftənin ortalarında Gəncədə olub. Onun iştirakı ilə Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda geniş müşavirə keçirilib. Nazir adı çəkilən institutun torpaq sahələrində şəkər çuğunduru becərilən ərazilərə, kənd təsərrüfatı maşınları parkına və torpaq analizləri labratoriyasına baş çəkib. Nazir İ. Əliyev bildirir ki, regionlarda meliorasiya-suvarma işlərində də müəyyən çatışmazlıqlar mövcuddur. Onun sözlərinə görə Xanlar, Samux və Goranboy rayonlarının ümumilikdə 26 min hektar torpağının suvarılması üçün nəzərdə tutulan "Şəmkir Maşın Kanalı"nın işə düşməməsi suvarmada çətinliklər yaradıb. Ona görə də dövlət proqramına əsasən həmin irriqasiya qurğusunun tezliklə istifadəyə verilməsi ön plana çəkilib. İ. Əliyev kənd təsərrüfatı maşınlarının ehtiyat hissələrinin istiehsalı üçün xüsusi sənaye obyektlərinin işə düşməsinin vacibliyini də bildirdi.


EKOLOJİ MƏRKƏZ YARADILDI

Qafqaz üzrə Regional Ekoloji Mərkəz (REM) 2003-cü ilin mart ayından Zaqafqaziya respublikalarında "Ətraf mühitin muhafizəsində yerli fəaliyyət proqramlarının müəyyənləşdirilməsi" proqramı üzrə layihə müsabiqəsi elan etmişdir. Bununla əlaqədar respublikamızın ətraf regionlarında bir sıra seminarlar keçirilib. Belə seminarlardan biri həmin ilin avqust ayında Gəncə-Qazax zonasına daxil olan rayonların qeyri-hökumət nümayəndələri üçün təşkil olunmuşdu. Azərbaycanda bu müsabiqənin qalibl ekoloji mühiti daha çox pozulan Gəncə şəhəri olub. 22 mart 2004-cü il tarixində "Elnur" restoranında təşkil olunan tədbir də həmin qalib layihənin təqdimat mərasiminə həsr olundu. Şəhər İcra Hakimiyyəti, Nizami bələdiyəsi, Elm Mərkəzi və yerli QHT nümayəndələrinin qatıldığı tədbirdə Qafqaz REM-in Azərbaycan təmsilçisi Mətləb Həsənov giriş sözü ilə çıxış edərək, layihənin məqsədi və görüləcək işlərdən danışdı: "Layihə bir il müddətinə nəzərdə tutulub. Bu müddət ərzində ilk növbədə Gəncə üçün aktual hesab olunan ekoloji problemləri müəyyənləşdirməklə, o mövzularda doqquz konfrans keçiriləcək. Sonrakı mərhələdə ayrılmış vəsait hesabına həmin problemlərin aradan qaldırılması planlaşdırılır. Demək olar ki, artıq bir sıra işlər görülüb. Texniki avadanlıqlarla təchiz olunan Ekoloji Mərkəz yaradılıb. Seminarların aparılması üçün trenerlər də artıq müəyyənləşdirilib". N. Həsənov onu da qeyd etdi ki, 150 milyon dollarlıq layihədən Gəncəyə ayrılan pay 3 milyon dollardır: "Qeyd olunan vəsaitin sərf olunması əvvəlcədən ixtisaslaşmış sahələr üzrə seçiləcək QHT tərəfindən həyata keçiriləcək. Bu işi dövlət təşkilatları vasitəsi ilə də etmək olardı. Amma həmin vəsaitdən yüksək faizlə vergi tutula biləcəyindən, belə variant məqbul hesab olunmadı". Sonra tədbirdə iştirak edən hökumət və qeyri-hökumət təşkilatları nümayəndələri çıxış edərək, Gəncənin bir sıra problemlərinə toxundular. Tədbirin sonunda qərara alındı ki, bütün problemlər yazılı şəkildə yeni yaradılan Ekoloji Mərkəzə göndərilsin və seminarlara qədər həmin problemlər müzakirə olunsun.


SAHİBKARLAR "İSRAİL TƏCRÜBƏSİ"İNDƏN YARARLANA BİLƏRLƏR

Martın 22-də "Gəncə Biznes Qrupu" (GBG) qeyri-hökuməti təşkilatında keçirilən tədbirdə "Süd məhsullarının emalı" layihəsinin təqdimatı keçirilmişdi. Burada Gəncə və ətraf rayonların kənd təsərrüfatı mütəxəssisləri iştirak edirdi. Məqsəd "İsrail təcrübəsi" əsasında yenidən qurulmaqda olan kənd təsərrüfatı məhsullarının emalı sahəsində müasir, hərtərəfli hazırlığa malik mütəxəssislərin hazırlanmasıdır. İsrailin respublikamızdakı səfirliyinin ikinci katibi Yakov Finkelşteyn indiyə qədər regionlara edilən yardımlar və onların hansı sahələrə yönəldilməsindən, o cümlədən bundan sonra hansı işlərin görüləcəyindən danışdı. Sonra tədbir iştirakçılarının səfirlik nümayəndəsi və xarici mütəxəssisə verdikləri müxtəlif suallar ətrafında müzakirələr aparıldı. Tədbirdən sonra martın 30-da yekunlaşacaq seminarlar öz işinə başladı.


GƏNC RƏSSAMLARIN MÜSABİQƏSİ

Martın 23-də Bakıda "Uşaq dünyası" rəsm qalereyasında Novruz bayramına həsr olunmuş I Ümumrespublika uşaq rəsm müsabiqəsinə yekun vurulub. "Azərbaycan dörd həyat təzahüründə - torpaq, od, hava, su" devizi ilə keçirilən bu baxışın sponsorları Bakı İncəsənət Mərkəzi və Nikoyl İnvestisiya Kommersiya Bankı idi. Rəsm müsabiqəsinin laureatları 6-10, 10-14 yaş kateqoriyaları üzrə müəyyən olunub. Bu müsabiqədə Gəncə rəssamları da iştirak ediblər. Onlardan altısı qaliblər sırasında yer alıb. Gəncə şəhər rəsm məktəbinin şagirdlərindən Atəş Əzizov və Elvin Məhərrəmov I dərəcəli diploma layiq görülüblər. Günay Əliyeva (Rəsm məktəbi), Aytən Qocayeva (Yeni Gəncə İncəsənət Məktəbi) II dərəcəli diplomla, Mədinə Rəhimova (Rəsm məktəbi) və Sevinc Məmmədova (Yeni Gəncə İncəsənət Məktəbi) III dərəcəli diplomla təltif olunublar. Ən yaxşı rəsmlər müsabiqənin kataloquna daxil olunub.


KOMANDA BİRİNCİLİYİ

Gəncə Uşaq Şahmat Məktəbinin komanda birinciliyi martın 22-də start götürüb. Novruz bayramına həsr olunan bu yarışda 10 komanda mükafatlar uğrunda mübarizə aparır. Yarışda üç tur oynanılıb. Məşqçi Əşrəf Mehdiyevin yetirmələri 17 xalla birinci yerdə gedirlər. Turnirin qalibləri və mükafatçıları martın 30-da müəyyən olunacaq.


QADIN ŞAHMATÇILAR ALMANİYADA

Almaniyanın Drezden şəhərində şəhmat üzrə qadınlar arasında fərdi Avropa çempionatı martın 21-də start götürüb. Qitənin 108 şahmatçısı medallar və pul mükafatları uğrunda yarışırlar. İştirakçılar arasında üç Azərbaycan idmançısı, o cümlədən Gəncə Şahmat Məktəbinin müəllim-məşqçisi; dəfələrlə respublika yarışların qalibi və mükafatçısı Nərgiz Məmmədova da var. Əldə etdiyimiz məlumata görə, üç turdan sonra Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni beynəlxalq dərəcəli qrossmeyster, Zeynəb Məmmədova göstərir. O, 2 xal yığıb. Gəncəli Nərgiz Məmmədova hələlik 1,5 xal qazana bilib. Cempionat İsveçrə sistemi ilə 12 turdan ibarətdir.


GÜLƏŞÇİLƏRİN NOVRUZ YARIŞLARI

Martın 22-23-də "Zenit" İdman Cəmiyyətinin Gəncə Şurasın Novruz bayramı münasibəti ilə sərbəst güləş üzrə turnir keçirib. Yarışda 60-a yaxın gənc pəhləvan öz gücünü sınayıb. Gərgin mübarizədə yüngül çəki dərəcələrində Sultan Əliyev, İlkin Məmmədov, Rüstəm Bəşirov, Şahin Rəsulov, Cabir Rəsulov, Rauf Mehdiyev, Amal Abdullayev, İbrahim Məmmədov, İsrayıl Məlikov, Altun Əliyev və Seymur Bayramov qalib gəliblər. Fərqlənən idmançılar cəmiyyətin diplomları ilə təltif olunublar.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[