HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#31. 31-06 avqust 2004

Gəncədəki yolların altıda biri yenidən asfaltlanıb

Şəhərimizin bir çox hissəsində asfalt örtüyünün yeniləşməsi və təmir olunması davam edir. Artıq Yeni Gəncə yaşayış massivində bu işlər başa çatmaq üzrədir. Gəncə şəhər Mənzil-Kommunal İstehsalat Birliyinin (MKİB) baş mühəndisi Zahid Məmmədovun aparılan işlərlə bağlı dedikləri: "Təyin olunmuş iş qrafikinə əsasən Yeni Gəncə yaşayış massivini əhatə edən iki magistral yolun (Qərb və Nizami küçələri) asfalt örtüyü yeniləşib. Həmçinin qəsəbənin girəcəyinə doğru uzanan yolda təmir işləri başa çatdırılıb. Ümumilikdə sözügedən əraziyə 15447 kv. m asfalt salınıb. 175 pqm-dək səki daşları təmir olunub. Qeyd edək ki, Xan arxında sel sularının daşma təhlükəsini aradan qaldırmaq üçün yeni qəbuledici qurğular da inşa edilib". - Hal-hazırda hansı ərazilərdə iş gedir? - M. A. Abbaszadə küçəsi ilə Nizami küçəsinin kəsişdiyi yerdə, Təbriz küçəsində, Atatürk prospektində işlər davam edir. Ə. Əliyev küçəsində 45700 kv. m ərazi (alt və üst qat daxil olmaqla) tamamilə asfaltlanıb. Ü. Hacıbəyov küçəsi, Nərimanov prospektində cari təmir işləri aparılıb. Həmçinin buraya kanalizasiya qapaqlarının dəyişilməsini və səki daşlarının təmir olunmasını da əlavə etmək olar. Orta hesabla gün ərzində 3 min kv. m əraziyə asfalt salınır. Müsahibimiz ayrılan və xərclənən vəsaitlərlə bağlı bildirdi ki, ilin əvvəlində nəzərdə tutulmuş vəsait artıq sərf olunub: "Ölkə prezidenti İlham Əliyevin şəhərimizə məlum səfərindən sonra əlavə 15 milyard manat vəsait ayrılıb". Z. Məmmədovun sözlərinə görə, görülən işlər MKİB ilə Gəncə şəhər "Körpü-2" Səhmdar Cəmiyyətinin işçi qüvvəsi və texniki təchizatıyla həyata keçirilir. Həmin idarə ilə bağlanan müqaviləyə əsasən işləri vaxtından əvvəl başa çatdırırıq. Görülən işlərin keyfiyyəti ilə bağlı müsahibimiz bunları söylədi: "Bu sahədə yüksək təcrübəni nəzərə alaraq, Almaniya yol texnologiyasından istifadə edirik. Salınan asfaltın möhkəmliyini artırmaq üçün "frez" cilalayıcı maşınlar da işləyir. Bunların istifadəsi yerli texnologiyaya nisbətən baha başa gəlsə də daha yüksək keyfiyyət əldə olur". Müsahibimiz sonda qeyd etdi ki, Təbriz küçəsində başlanan işi Daş Körpüyə qədər davam etdirmək nəzərdə tutulub. Bu günə qədər Gəncədə asfaltlanan yolların sahəsi hələ 1 milyon kv. m çatmayıb. Onun dediyinə görə, ümumilikdə şəhərimizdə 6 milyon kv. m qədər (səki və meydançalar daxil olmaqla) asfaltlanmalı ərazi vardır.

Gəncədə cari ildə asfaltlanan yollar və onların ümumi sahəsi:
Ə. Əliyev küçəsi - 45700 kv m
H. Əliyev prospekti - 36000 kv m
Sənaye zonası - 18000 kv m
Qərb küçəsi - 15400 kv m
Atatürk prospekti - 11200 kv m (işlər davam edir)
HƏR MƏNZİLDƏ AĞ SU- xülya, yoxsa reallıq

Məlumdur ki, Gəncənin içməli suya olan tələbatı tam ödənilmir. Şəhərin əsas su mənbələri olan Göy göl - Gəncə ağ su kəmərindən əhalinin cüzi hissəsi istifadə edir. Qızılqaya - Gəncə su kəmərinin isə əsas xətləri yararsız vəziyyətə düşüb. Ölkə rəhbərinin qəbul etdiyi "Regionların sosial-iqtisadi inkişafı haqqında" Dövlət Proqramında büdcə hesabına Gəncənin su təchizatı sisteminin yenidən qurulması nəzərdə tutulub. Proqrama əsasən Gəncə şəhər İcra Hakimiyyəti öz növbəsində bu mühüm məsələnin həlli yollarını təkliflər formasında "Şəhərin sosial-iqtisadi inkişaf proqramı"na daxil edib. Daha dəqiq məlumat almaq üçün yerli mütəxəssis İrşad Abbasova (bu işlərin həyata keçirilməsi məqsədi ilə yaradılmış komissiyanın üzvü) müraciət etdik. Onun dediklərindən: "Gəncənin hazırkı su kəməri uzun müddət istismarda olduğundan korroziyaya uğramış, borularda tıxaclar və aşınmalar əmələ gəlmişdir. Həmin xətlərin 45-50 faizi əsaslı təmir olunmalı, borular dəyişdirilməlidir. Buna görə yerli ekspertlərimiz ötən müddət ərzində mövcud imkanları araşdırmış, əsas istiqamətləri müəyyənləşdirmiş, sonda fikirlər aşağıdakı təkliflər formasına salınmışdır.
1. Uzunluğu 30 km, diametri 530 mm polad boru ilə 2-ci Göy göl ağ su xəttinin çəkilməsi.
2. Uzunluğu 8 kilometr, diametri 530 mm polad boru ilə Toğana-Çaykənd su xəttinin çəkilməsi.
3. Toğana kəndi yaxınlığında durulducu su hövzəsinin tikilməsi.
4. Uzunluğu 22 km, diametri 530 mm polad boru ilə Zurnabad-Totanlı su xəttinin çəkilməsi.
5. Uzunluğu 9 km, diametri 539 mm polad boru ilə AKTA-nın yaxınlığındakı su anbarlarını əlaqələndirən su xəttinin çəkilməsi.
6. Uzunluğu 2 km, diametri 325 mm polad boru ilə Cavad xan - Metallurq su anbarlarını əlaqələndirən su xəttinin çəkilməsi.
7. Uzunluğu 4 km, diametri 325 mm polad boru ilə Cavad xan - Çiraqidzor su anbarlarını əlaqələndirən su xəttinin çəkilməsi.
8. Uzunluğu 2 km, diametri 325 mm polad boru ilə Totanlı su anbarlarını əlaqələndirən su xəttinin çəkilməsi.
9. Uzunluğu 10 km, diametri 325 mm polad boru ilə Totanlı - Yeni Gəncə su anbarlarını əlaqələndirən su xəttinin çəkilməsi.
10. Uzunluğu 2 km, diametri 159 mm polad boru ilə Göy göl - Gəncə ağ su xəttindən Gülüstan qəsəbəsi su anbarlarını əlaqələndirən su xəttinin çəkilməsi.
11. Şəhərdaxili su xəttlərinin yenidən qurulması".
Müsahibimizin dediklərinə görə, proqrama uyğun olaraq su təchizatını tam yaxşılaşdırmaq üçün hazırlanmış Tədbirlər Paketinin ilkin mərhələsi 2004-2007-ci illər ərzində yerinə yetirilməsi planlaşdırılıb. Xatırladaq ki, Gəncə şəhərinin su təchizatının yenidən qurulması 1998-ci ildə aparılmış hökumətlərarası razılığa əsasən 30 illik layihə çərçivəsində Almaniyanın "Maks" şirkəti tərəfindən həyata keçirilməli idi. Hətta şirkətin işçi qrupu fəaliyyət göstərdiyi 3 ay müddətində araşdırma işləri aparmış, əsas su kəmərlərinin layihəsi və çəkiləcək maliyyə vəsaitinin smetası da tərtib olunmuşdu. Gördüyü işin müqabilində Almaniya hökuməti verdiyi krediti əhalidən yığılacaq su pulu ödənişləri vasitəsilə əldə edəcəkdi (mənzillərdə quraşdırılacaq su sayğaclarının göstəriciləri əsasında). Ayrılmış vəsait Azərbaycanın Su Cəmiyyətinin hesabına köçürülsə də, sonrakı mərhələlərdə danışıqlar prosesi pozulduğundan işlər yarımçıq qaldı. Gəncə şəhəri Su Kəməri Trestindən (GSKT) bu günlərdə verilən məlumata görə, yuxarıda qeyd olunan Tədbirlər Paketinə müvafiq olaraq çəkiləcək əsas su xətlərinin plan layihələri artıq işlənilir. Yanvar ayında tamamlanacaq layihələşdirmədən sonra smeta tərtib olunmaqla, maliyyə vəsaitinin ayrılması gözlənilir. GSKT-nin baş mühəndisi Natiq Əhmədov bildirdi ki, "Gəncənin su təchizatının yenidən qurulması" layihəsində qarşıya qoyulan əsas məqsədlərdən biri də şəhərdə vahid su təchizatı sisteminin yaradılmasıdır: "Bildiyiniz kimi şəhərimizdə indiyə qədər belə bir sistem olmayıb. Bunu yaratmaqla bir növ fərdi artezian quyularının, bulaqların fəaliyyətinə son qoyulacaq, bütün mənzillər ağ su ilə təmin ediləcək. Bu məqsədlə ilk növbədə şəhərin ayrı-ayrı məntəqələrində su anbarları tikilməsi planlaşdırılıb. Orada bioloji və kimyəvi analiz laboratoriyaları, xloratorlar quraşdırılmaqla suya hər növ nəzarət həyata keçiriləcək. Bu işlərdən sonra mənzillərin içməli su ilə təminatı baş verəcək".

İDMAN: SƏRBƏST GÜLƏŞT, ŞAHMAT, MİNİ FUTBOL
SƏRBƏST GÜLƏŞ

Bu günlərdə Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayevin əmri ilə respublikamızın bir qrup idmançılarına "Azərbaycan Respublikasının idman ustası" adı verilib. Bu ada layiq görülənlərin arasında Gəncə "Təhsil" İdman Mərkəzinin yetirmələri, sərbəst güləş üzrə yeniyetmələr arasında respublika çempionları Vüsal Həsənov və Mehman İmamquliyev var. Hər iki pəhləvan tanınmış məşqçi, Azərbaycanın Əməkdar məşqçisi Elçin Zeynalovun yetirmələridir.
*****
İyulun 29-da İstanbulda 1987-88-ci il təvəllüdlü idmançıların sərbəst güləş üzrə növbəti Avropa birinciliyi start götürür. Yarışda qitənin ən güclü, o cümlədən Azərbaycanın gənc pəhləvanları öz güclərini sınayacaqlar. Respublika yığma komandasının tərkibində Gəncə "Təhsil" İdman Mərkəzinin üzvü Elmir Qəmbərov (58 kq) da çıxış edəcək. Həmyerlimizə uğurlar arzulayırıq.

ŞAHMAT

Gəncə Şahmat Məktəbinin binasında Beynəlxalq Şahmat Gününə (20 iyul) həsr olunmuş şəhər turniri iyunun 27-də başa çatdı. Qaliblər və mükafatçılar 38 gənc şahmatçı arasında İsveçrə sistemi üzrə müəyyən edildi. Qızlar arasında ən yaxşı nəticəni 2 saylı orta məktəbin şagirdi Lalə Dadaşzadə göstərib. O, 9 oyundan 6,5 xal yığıb. Fizzə Verdiyeva 6 xalla ikinci, Gülnar Bayramova isə 5,5 xalla üçüncü olub. Oğlanlar arasında finişə birinci 5 saylı məktəbin şagirdi Nadir Quliyev çatıb. Onun hesabında 7,5 xal olub. Ondan yarım xal az toplayan Fərid Hüseynov ikinci, 6,5 xalla Anar Məmmədov üçüncü yerə çıxıb. Mükafatçılar diplomlarla təltif olunub.

MİNİ FUTBOL

Xəbər verdiyimiz kimi Gəncədə məhəllə futbol komandaları arasında mini-futbol üzrə şəhər birinciliyi start götürmüşdü. Birinci mərhələdə komandalar 7 qrupda oynamışlar. Hər qrupdan iki komanda ikinci mərhələyə vəsiqə aldı. Onlar "Yeni Gəncə", "Gəncə", "Lider", "Ümid", "Lokomotiv", "Kür", "Təbriz", "Zəfər", "Azəri", "Şəhadət", "Çinar" və başqa komandalar oldu. İkinci mərhələnin oyunları avqustun 2-də başlayacaq.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[