HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#15. 10-16 aprel 2004

GƏNCƏNİN TARİXİ HAQQINDA YENİ KİTAB

Aprelin 5-də Gəncə Dövlət Universitetinin (GDU) iclas zalında "Gəncə şəhərinin tarixi" adlı yeni kitabın təqdimat mərasimi keçirildi. Kitab 2003-cü ilin sentyabr-oktyabr aylarında şəhər İcra Hakimiyyəti ilə Gəncə Dövlət Universitetin birgə təşkil etdiyi elmi-praktiki konfransın materialları əsasında hazırlanıb. Kitabdakı materialların GDU-nun, Gəncə Elmi Mərkəzinin, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tarixçilərinin 32 oçerk və məqalələrindən ibarətdir. Gələcəkdə kitabın ingilis və rus dillərinə tərcümə olunacağı nəzərdə tutulub. Kitab cəmi 1000 nüsxə tirajla çap olunub.


YENİYETMƏLƏR ARASINDA KİKBOKSİNQ ÜZRƏ ŞƏHƏR BİRİNCİLİYİ

Yarış Gəncə şəhəri 37 saylı orta məktəbin idman zalında keçirilib.Qələbə uğrunda 2 saylı UGİM-in, "Çempion" klubunun, Gəncə Dövlət Universitetinin idman klubunun, "Lokomotiv"in və Şəmkirin 60-a yaxın idmançısı mübarizə aparıb. Gərgin görüşlərdən sonra qaliblər müəyyən edilib. 1990-91-ci ildə anadan olmuş idmançılar arasında şəhər çempionu adına Tərxan Nuriyev (2 saylı UGİM), Vasif Kazımov ("Çempion"), Tural Yusibov (2 saylı UGİM), Rüstəm Rüstəmov ("Lokomotiv"), Nüsrət Əhmədov, İsmayıl İsmayılov, İldhəddin Məmmədov və İbrahim Muradov (hamısı - 2 saylı UGİM) layiq qorülüblər. Kiçik yaş qrupunda (1992-94-cü illər) aşağıdaki idmançılar fərqlənmişlər: Elnur Əliyev (2 saylı UGİM), İsmayıl Əlizadə (GDU), Elvin İbrahimov (Şəmkir), Vasif Vəliyev, Rəşad Sadıqov, Elmir Əhmədov və Ruslan Orucov (hamısı - 2 saylı UGİM). Fərqlənmiş idmançılara medallar və diplomlar təqdim olunub.


ŞAHMAT ÜZRƏ RESPUBLİKA ÇEMPİONU

Bakıda Respublika Şahmat Mərkəzində martın 23-dən aprelin 3-ə kimi 14 və 16 yaşlı qızlar və oğlanlar arasında Azərbaycan birinciliyi keçirildi. Birincilikdə Gəncə, Bakı, Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Tovuz və respublikamızın başqa şəhər və rayonlarını təmsil edən gənc şahmatçılar qələbə uğrunda mübarizə aparıblar. Yarışda Gəncəni üç idmançı - Vüqar Rəsulov, Nicat və Aytən Ağayevlər təmsil ediblər. 14 yaşlı oğlanlar arasında 11 şahmatçı öz gücünü sınayıb. "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Vüqar Rəsulov 8 xalla Azərbaycan çempionu adına layiq görülüb. Xatırladaq ki, Vüqar keçən il respublika birinciliyində 12 yaşlı şahmatçılar arasında qalib gəlmişdir. Onun komanda yoldaşı Nicat Ağayev 7,5 xalla birinciliyin gümüş mükafatçısı olub. 16 yaşlı qızlar arasında çıxış edən Aytən Ağayeva 6 xalla III-VI yerləri bölüşdürüb. Əmsala görə o, hazırda turnir cədvəlinin dördüncü pilləsindədir. Biz gənc şahmatçı Vüqar Rəsulovu və onun məşqçisini - respublikanın Əməkdar məşqçisi Əşrəf Mehdiyevi bu nailiyyətlə təbrik edirik. Respublika birinciliyində birinci yerə çıxmış şahmatçılar dünya, ikinci yerə çıxanlar isə Avropa birinçiliyində iştirak edəcəklər.


AFİNA OLİMPİADASINA VƏSİQƏ

Aprelin 3-4-də Tiflisdə cüdoçuların "A" kateqoriyası üzrə beynəlxalq turniri keçirildi. Bu yarışda bir neçə ölkənin 200-ə yaxın idmançısı Afinada keçiriləcək Olimpiadada iştirak etmək üçün lisenziya uğrunda mübarizə aparıb. Bu yarışa Azərbaycan idmançıları da qatılıb. İştirakçılar arasında Gəncə sambo və cüdo məktəbinin yetirmələrindən Mövlud Mirəliyev və Ramil Qasımov da var idi. Bu yarış Mövlud Mirəliyev üçün çox uğurlu olub. Həmyerlimiz dörd görüş keçirib və hamısında qələbə çalıb. O, Gevorq Barsegyani (Ermənistan) ipponla, Frans Birkfelleneru (Avstriya), George Quqavani (Gürcüstan) və Polşa idmançısı, dünya, Avropa və Olimpiya çempionu Pavel Nastulaya qalib gələrək yarışın birinci mükafatına layiq görünüb. İndi Mövludun hesabında 160 xal var. Bu onun Afina Olimpiadasında iştirak etməsi üçün kifayət edir.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[