HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#07. 14-20 fevral 2004

"METALLURQ" FUTBOL KOMANDASININ İLK UĞURU

Fevral ayının əvvəllərində həvəskarlar arasında futbol üzrə Azərbaycan çempionatı start götürdü. Bu çempionatda Gəncə şəhərini yeni tərkibli "Metallurq" komandası təmsil edəcək. 16-18 yaşlı yeniyetmələrdən ibarət olan komandanın baş məşqçisi Tofiq Əliyevdir. Rəqiblər Ağstafa, Qazax, Tovuz və Şəmkir komandalarıdır. Zonadan final mərhələsində yalnız 2 komanda iştirak etmək hüququ qazanacaq. Fevralın 11-də "Metallurq" artıq ilk oyunu Qazaxın "Göyəzən" komandası ilə keçirib və 8:1 hesabı ilə qalib gəlib.


YENİYETMƏLƏR ARASINDA DAMAÇILARIN YARIŞI

Gəncə şahmat məktəbində fevralın 5-də yeniyetmələr arasında dama üzrə şəhər birinciliyi başa çatıb. Birincilikdə oğlan və qızlar bir yerdə güclərini sınamışlar. 27 saylı məktəbin şagirdi İbrahim Quliyev Ən yaxşı nəticə göstərək Gəncə çempionu adına laiq görülüb. İkinci yerə onun məktəb yoldaşı Mirzə Quliyev, üçüncü yerə isə 2 saylı məktəbin şagirdi Könül Abbasova çıxıb. Yarışın nəticəsinə görə İbrahim Quliyev respublika birinciliyində oynamaq hüququnu qazanıb.


"FƏCR" ŞAHMAT TURNİRİNDƏN QALİBLƏR ARASINDA

Fevralın 4-dən 9-a kimi Tehranda yeniyetmələr arasında şahmat üzrə beynəlxalq ənənəvi "Fəcr" turniri keçirilib. Turnirdə İranın, Qətərin, Ərəb Əmirliklərinin, Azərbaycan və Ermənistanın 120 gənc şahmatçısı qələbə uğrunda mübarizə aparıb. Respublika komandasının tərkibində Gəncə şahmatçıları - "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin üzvü, respublika çempionu Vüqar Rəsulov və Ayaz Məmmədov iştirak ediblər. Hər iki idmançı vətənə mükafatla qayıdıblar. Ayaz Məmmədov 12 yaşa kimi idmançılar arasında ikinci, Vüqar Rəsulov isə 14 yaşa kimi şahmatçıların arasında birinci mükafata layiq görülüblər.


MƏŞQÇİ YUBİLEYİNİ QEYD EDİR

Respublikanın əməkdar məşqçisi Ziyabil Abbasovun 50-illik yubileyi münasibəti ilə 1986-88-ci il təvəllüdlü yeniyetmələr arasında beynəlxalq turnir keçirmişdir. Gəncə Olimpiya İdman Kompleksində keçən turnirdə Bakı, Mingəçevir, Siyəzən, Yevlax və Gəncə idmançıları çıxış etmişdilər. Turnirdə 52, 60, 74 və 81 kiloqram çəki dərəcələrində mübarizə aparıldı. Gəncə idmançıları yüksək nəticələr göstərərək bütün çəki dərəcələrində birinci olmuşlar. Turnirin qalibləri Mehman Abdullayev, Elşən Əlinağıyev, Araz Muxtarov (UGİM-1) və Dinamoçu Amil Qasımov oldular.


ŞAHMAT TURNİRİNDƏN BİR BÜRÜNC

Bakıda Respublika Şahmat Mərkəzində 18-20 yaşlı oğlan və qızlar arasında ölkə çempionatı fevralın 6-da başa çatmışdır. Yarışda Bakı, Gəncə, Əli Bayramlı, Göyçay, Sumqayıt və başqa şəhərlərin 53 idmançısı mübarizə aparırdı. Ən yaxşı nəticəni Gəncə şahmatçıları arasında Svetlana Rzayeva göstərib. Svetlana 20 yaşlı qızlar arasında 7 xal yığaraq 3-cü nəticə göstərmişdir. 20 yaşlı oğlanlar arasında, Gəncə Dövlət Universitetinin tələbəsi Rəşad Kərimov və 29 saylı məktəbin şagirdi Nicat Ağayev 5,5 xalla 4-5-ci yerləri bölüşdürüblər. Bu yaş qruplarında qalib gələn şahmatçılar Hindistanda keçiriləcək dünya birinciliyində iştirak etmək hüququ əldə ediblər.


FUTBOL ÜZRƏ BİRİNCİLİK SONA ÇATDI

8 fevral 2004-cü il tarixində Gəncə şəhər 1 saylı Uşaq Gənclər İdman məktəbinin futbol turnirinə yekun vurulmuşdur. Bir aya yaxın davam edən yarışlarda 1989-90-cı il təvəllüdlü idmançılar mübarizə aparmışlar. "Avtozavod" və "Xəzər" komandaları arasında son oyunun nəticəsinə görə "Kəpəz" I, "Dinamo" II, "Şəhadət" konmandası isə III yeri tutmuşlar. Ən yaxşı oyunçu adına "Xəzər" komandasının oyunçusu Eldəniz Əliyev layiq görüldü. İştirakçılar arasında ən kiçik yaşlı futbolçu Malik Babayev də hədiyyə qazanmışdır.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[