HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#19. 07 - 14 iyun 2005

UKRAYNA SƏFİRİ GƏNCƏDƏ OLDU
İyunun 4-də Ukraynanın Azərbaycandakı səfiri Anatoli Yurçenko Gəncəyə səfər etdi. Qeyd edək ki, səfərin məqsədi Böyük Vətən müharibəsində qazanılmış qələbənin 60 illiyi ilə bağlı şəhər veteranlarına Ukrayna hökumətinin təsis etdiyi xatirə medallarını təqdim etmək idi.
Bu məqsədlə AKTA-da veteranların iştirakı ilə tədbir keçirildi. Tədbirdə çıxış edənlər qələbənin qazanılmasında çiyin-çiyinə vuruşan azərbaycanlıların və ukraynalıların misilsiz xidmətlərindən danışdılar.
Tribunaya qalxan səfir müharibədə iştirak edən azərbaycanlıların igidliyini yüksək qiymətləndirdi. Ukraynanın azad edilməsində şücayət göstərən azərbaycanlı əsgərlərin xatirəsini bir daha yad etdi. O, qeyd etdi ki, Ukraynada gedən ən gərgin döyüşlərdə bir çox həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adını alıb.
Sonra həmvətənlərimizə xatirə medalları və çiçək dəstələri təqdim olundu. Təltif olunan veteranların arasında xalq artisti Ələddin Abbasov da var idi.
Görüşün sonunda jurnalistlərə müsahibə verən Ukrayna səfiri bunları söylədi: "Qələbənin 60 illiyi ilə əlaqədar Bakıda, Gəncədə, Xaçmazda və s. rayonlardakı veteranlara Ukrayna hökumətinin 200-dək xatirə medalları təqdim olunub. Bizim, yerli komissarlıqlar və veteranlar şuraları ilə iş birliyimiz qurulub, bundan sonra da əməkdaşlığımız davam edəcək". Səfir onu da qeyd etdi ki, hal-hazırda Gəncə ilə Ukraynanın hər hansı bir şəhərinin qardaşlaşması üçün səylər davam edir. Şəhər İcra Hakimiyyətinin başçısının müavini ilə görüşdə də bu və digər istiqamətlərdə gələcək əlaqələr müzakirə olunub.
A. Yurçenko söhbət əsnasında Gəncəyə ilk dəfə gəldiyini, şəhərimizin tarixi-mədəni baxımdan yüksək səviyyədə olduğunu söylədi. Həmçinin yaxın vaxtlarda Ukrayna prezidentinin Azərbaycana gəlişi ilə münasibətlərimizin möhkəmlənəcəyini dedi.

AZƏRBAYCAN SOYLU TÜRKİYƏLİ QADINLAR GƏNCƏDƏ OLDULAR
Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin qadın bölməsinin bir qrup fəalı mayın 31-də Gəncəyə gəldi. Əvvəlki 4 gün ərzində paytaxtda olduqdan sonra şəhərimizi də ziyarət edən qonaqların əsas məramı Azərbaycandakı qadın problemləri ilə məşğul olan təşkilatlarla əməkdaşlığın perspektivlərini öyrənmək idi.
Həmin gün "Gəncəbasar" qəzetinin redaksiyasındakı görüşdə bu mövzu ətrafında fikir mübadiləsi ilə bərabər qardaş ölkələrimizin ümumi maraqları baxımından birgə fəaliyyət, o cümlədən vətənimizin haqq işini daim müdafiə etmiş Azərbaycan Kültür Dərnəyinin fəaliyyəti haqda danışıldı.
Ankarada yerləşən sözügedən dərnəyin qadın bölməsinin sədri Nəzrin Əsgəran Ünalın başçılıq etdiyi nümayəndə heyətinə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin nəvəsi, eyni zamanda bütün Türk dünyasının böyük şəxsiyyəti İsmayıl bəy Qaspralının nəticəsi Şaikə xanım, Hollandiya parlamentinin üzvü, həmin ölkədə fəaliyyət göstərən Avrasiya Vakfının prezidenti Fatma Aktaş, Azərbaycan Kültür Dərnəyinin yaradıcılarından biri, Cümhuriyyət dövründə (1918-1929) oxumaq üçün Türkiyəyə göndərilənlərdən biri olan həkim Həmid bəyin qızı Narınc Ataman, dərnəyin qadın bölməsinin sədr müavini Bircan Sayan, bölmənin icraçı katibi Filiz Önal daxil idilər.
"Gəncəbasar"ın redaksiyasındakı görüşə, həmçinin Nüşabə Məmmədovanın rəhbərlik etdiyi "Tomris" Analar Cəmiyyətinin üzvləri də qatılmışdılar.
Qonaq nümayəndə heyətinin rəhbəri Nəzrin xanım "Tomris" cəmiyyətinin fəal ictimai mövqeyini təqdir edərək, Azərbaycan Kültür Dərnəyinin qadın bölməsi olaraq, bu təşkilatla yaxın gələcəkdə Gəncə bölgəsində qadınların problemləri üzrə müştərək layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Fatma Aktaş öz çıxışında bildirdi ki, Avropa ölkəsinin parlament üzvü, eləcə də BMT-də, Avropa Şurasında Türkiyə və Qafqaz ölkələri üzrə məruzəçi kimi daim maraqlarımızın müdafiəsi yönündə çalışmağı özünə şərəf bilmişdir. Fatma xanım bu məqsədlə Azərbaycan ictimaiyyətinin beynəlxalq səviyyəli məsələlərdə öz mövqeyini qəti və aydın bildirməsinin zəruriliyini də vurğuladı.
Çıxış edən digər qonaqlar da sözügedən məsələlərdə birgə fəaliyyətin zəruriliyindən danışdılar, həmçinin Gəncə təəssüratlarını bölüşərək, şəhərimizin onların ruhunda bir doğmalıq duyğuları oyatdığını dilə gətirdilər.
Vətənimiz naminə çalışmalarına görə, türkiyəli qonaqlara təşəkkürünü bildirən Nüşabə Məmmədova onlara "Gəncəbasar" qəzeti və "Tomris" cəmiyyətinin qarşıdakı planları barədə məlumat verdi, həmçinin özünün "Cavad xan" kitabını bağışladı.
Sonra qonaqlar Gəncədəki ata-baba ocaqlarında, qohumlarının evlərində oldular.

JURNALİSTLƏRİN ƏMƏK HÜQUQLARI ÜZRƏ SEMİNAR
İyunun 3-də "Gəncəbasar" qəzetinin redaksiyasında Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Konfederasiyası respublikamızın bölgə jurnalistləri üçün seminar keçirdi. Tədbir Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə "Əmək münasibətlərinin qorunması" layihəsi çərçivəsində həyata keçirilir. Seminar iştirakçılarını giriş sözü ilə "Gəncəbasar" qəzetinin baş redaktoru Nüşabə Məmmədova salamladı və belə tədbirlərin jurnalistlərin problemləri ilə yerində maraqlanıb həll etmək baxımından əhəmiyyətini bildirdi. Azərbaycan Jurnalistlər Konfederasiyasının sədri Müşfiq Ələsgərli öncə görüşün məqsəd və məramını açıqladı:
"Təşkilatımıza ünvanlanan şikayətlərdən məlum olur ki, jurnalistlərin müvəqqəti və daimi iş yerlərində üzləşdiyi problemlərdən biri, bəlkədə ən əsası, işə götürənlə işçi arasında əmək müqavilələrinin bağlanmamasıdır. Belə olan halda jurnalist ədalətsiz olsa belə işdən çıxarılanda əks tərəfi məhkəməyə verə bilmir, itmiş hüquqları bərpa olunmur. Seminarı keçirməklə bu sahədə qanunvericiliyin tələblərini sizə çatdırmaq və eyni zamanda bu imkanlardan necə istifadə etməyin yollarını sadalamaqdır".
M. Ələsgərli respublika üzrə ümumən 15 min jurnalistin qeydə alındığını, onlardan yalnız 3-5 min nəfərinin mütəmadi olaraq öz peşəsi ilə məşğul olduğunu dedi.
Mətbuat Şurasının üzvü Yadigar Məmmədli yerli KİV-lərin Mətbuat Şurasının umumi vahid kartları ilə təmin olunmasının əsas şərtinin həmin mətbuat və televiziya vasitələrində əməkdaşlarla əmək müqavilələrinin bağlanması olduğunu bildirdi.
Y. Məmmədli öz çıxışında yerli KİV-lərin digər problemlərinin maliyyə, müasir texniki təchizat çatışmazlıqlarının, eləcə də orada çalışanların peşəkarlıq səviyyəsinin aşağı olmasından yarandığını nəzərə çatdırdı.
Tədbirdə jurnalistlərin peşə fəaliyyətlərində rast gəldikləri problemlərlə bağlı səsləndirdikləri suallar ətrafında fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, bu mövzuda ilk tədbir Lənkəranda keçirilib.

"GƏNC HEYDƏRÇİLƏR"İN 1 İYUN SƏRGİSİ
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhərimizdə "Gənc Heydərçilər" Uşaq Rəsm Qalereyasında "Uşaq dünyası" adlı sərgi təşkil olunmuşdu. Sərgidə müxtəlif mövzuda - vətənpərvərlik, nağıllar, naxışlar və heyvanlar aləmi haqda on yaşından otuz altı yaşına qədər gənc rəssamların əl işləri nümayiş olunurdu. Bunların arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar da vardı. Qalereyanın direktoru Təranə Namazovanın sözlərinə görə, bu uşaqların çəkdikləri əsərlər də sərgidə bəyənilən rəsmlər sırasındadır. Onlardan birinin, Vüsalə Ələsgərovanın əsərləri daha çox maraq doğurub. Anadangəlmə nitq və eşitmə qabiliyyətindən məhrum olan bu qızcığaz öz hisslərini rəsmlərində ifadə edir. Uşaqların dediyinə görə, bura təzə gələrkən çox sakit və özünə qapalı olan Vüsalə indi yoldaşlarına qaynayıb-qarışır. Qalereyada onun rəsmlərinin ayrıca sərgisi də keçirilib.
Onu da qeyd edək ki, qalereya bu cür sərgiləri təkcə şəhərimizdə deyil, respublikamızın müxtəlif regionlarında da təşkil edir. Ənənəvi sərgilər bir müddət əvvəl Mingəçevir şəhərində, Qazax, Xanlar rayonlarında və şəhərimizin 4, 5 və 44 saylı orta məktəblərində də keçirilib. Təranə xanım regionlara belə səfərlərin davamlı olacağını bildirdi. Onu da əlavə etdi ki, şəhərimizdə ilk dəfə yenilik olaraq haqqında danışdığımız qalereyada uşaqların əl işləri auksiona çıxarılır. Bu da uşaqların kiçik yaşlarından əməyə alışdırılmasına xidmət edir.

UŞAQLARIN GÜNÜ
Uşaqlar hər bir evin sevinci, xoşbəxtliyi, eləcə də hər bir ölkənin gələcəyidir. Əsl vətəndaş yetirmək üçün təkcə ailədə ata, ana yox, bütün cəmiyyət var qüvvəsi ilə çalışmalıdır.
1 iyun dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu təntənəli gün şəhərimizdə də qeyd olunub. Balacaların öz iştirakı ilə uşaq şəhərciyində konsert proqramı təşkil edilib.
Tədbiri şəhər İcra Hakimiyyəti, təhsil, mədəniyyət, gənclər, idman və turizm idarələri birgə təşkil etmişlər. Proqramda uşaq bağçalarının, rəssamlıq, incəsənət məktəblərinin, eləcə də uşaq evlərinin kollektivləri çıxış edib, idmançılar öz məharətlərini göstəriblər.
Musiqi, rəqs nömrələri ilə yanaşı, balacalar asfalt üzərində şəkil çəkərək öz qabiliyyətlərini nümayiş etdiriblər. Həmçinin kiçik rəssamların əsərləri də nümayiş olunub. Biz də bura toplaşan uşaqlardan gələcək arzularını öyrəndik.
Quliyev Fazil: "Mən arzu edirəm ki, işğal olunmuş torpaqlarımız tez bir zamanda azad olsun". Əliyeva Gülşən isə həkim olub, bütün fiziki və əqli qüsurları olan uşaqları təmənnasız müalicə etmək arzusundadır.
Balacaların hər birinin arzusunun yerinə yetməsini və onların gələcəkdə bugünkündən qat-qat güclü, qüdrətli, müstəqil Azərbaycanın ən öndə gedən, qabaqcıl qurucularından olmalarını istərdik.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded